“The Huffington Post” nəşrində Azərbaycandakı multikulturalizm mühitinin əhəmiyyətindən bəhs olunub | 1news.az | Xəbərlər
Siyasət

“The Huffington Post” nəşrində Azərbaycandakı multikulturalizm mühitinin əhəmiyyətindən bəhs olunub

14:41 - 24 / 08 / 2016
“The Huffington Post” nəşrində Azərbaycandakı multikulturalizm mühitinin əhəmiyyətindən bəhs olunub

Amerikada çıxan “The Huffington Post” nəşrində ABŞ-dakı Simon Vizental mərkəzinin rəhbərinin müavini Abraham Kuperin “Dünyəvi müsəlman cəmiyyətində çoxkonfessiyalı model” adlı məqaləsi dərc olunub. Müəllif məqaləsində Sovet İttifaqında dini mərasimlərin və dindarlığın qadağan edilməsindən, habelə zorakılıq və terrorizmlə bağlı aktual problemlərdən söhbət açıb.

Ravvin 44 il əvvəl Yom-Kipur bayramı zamanı SSRİ-yə səfəri barədə xatirələrini bölüşərək yazır ki, həmin illərdə sinaqoq, kilsə və məscidlərin çoxu bağlanmış və ya dağıdılmışdı. A.Kuper o vaxt Bakıya səfəri zamanı çoxsaylı yəhudilərlə, o cümlədən nasizmdən xilas olaraq Bakıda sığınacaq tapan Polşa mənşəli yəhudilərlə və əcdadları 2500 il bundan əvvəl Solomon məbədinin dağıldığı dövrdə yaşamış yəhudilərin törəmələri ilə tanış olub.

Ravvin bildirir ki, indi zəmanə dəyişib və 2016-cı ildə din çox vaxt ümid mənbəyi deyil, münaqişənin legitimləşdirilməsi, insanların bir-biri ilə mübarizə aparan qruplara bölünməsi, zorakılıq və terrorizm amili hesab edilir.

O yazır ki, sosial ədalətsizliyin və nifrət hissinin aradan qaldırılması üzrə tərəfdaşlar axtara-axtara yenidən Bakıya – artıq müstəqil Azərbaycanın paytaxtına gedib çıxıb. Əhalisinin əksəriyyəti müsəlmanlar olan bu ölkədə multikulturalizm mühiti yaradılıb və insanlar müxtəlif məbədlərə gedib ibadət edə bilirlər. Müəllif onu da vurğulayır ki, 2016-cı il Azərbaycanda “multikulturalizm ili” elan edilib.

A.Kuper daha sonra qeyd edir ki, İsrailin çətin günlərində Azərbaycan həmişə onun yanında olub və tarixən təqiblərə məruz qalan yəhudilərə və xristianlara öz ərazisində sığınacaq verib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan İsrailin və ABŞ-ın ən etibarlı dostlarından biridir. Buna görə də ravvinin fikrincə, nifrətin və terrorizmin fonunda şüurlu əməkdaşlıq anlayışı həyati əhəmiyyət kəsb edir. İŞİD tərəfdarlarının etnik təmizləmələr apardığı, orta əsrlər dövrünə xas olan vəhşiliklər törətdiyi regionda dini azlıqları müdafiə edən, onlara hörmət bəsləyən hər bir liderdən öyrənməli məsələlər var.

AZƏRTAC 

Paylaş:
413

Son xəbərlər

Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30
Bütün xəbərlər