Ermənistan: xarici siyasət prioritetlərinin iflası – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan: xarici siyasət prioritetlərinin iflası – Newtimes.az

21:48 - 05 / 09 / 2016
Ermənistan: xarici siyasət prioritetlərinin iflası – Newtimes.az

Rəsmi İrəvanın düz yolda olmadığı barədə ona dəfələrlə xəbərdarlıq olunub. Onun daxili və xarici siyasətin əsas istiqamətləri üzrə qarşılaşdığı problemlər nəinki azalır, hətta getdikcə daha da artır. Üstəlik, uzun illərdir ki, mövcud olan çətinliklər kəskin xarakter alır. Bununla bağlı ekspertlər öz fikirlərini bildirir və proqnozlarını verirlər. Son zamanlar Ermənistanın xarici siyasətdə prioritet saydığı istiqamətlərdə ciddi uğursuzluğun müşahidə edildiyi xüsusi vurğulanır.

Həmin sırada ölkənin suverenliyini itirməsini, etibarlı və real xarici tərəfdaşların olmamasını və Dağlıq Qarabağ münaqişəsinin həllində erməni diplomatiyasının acizliyini ayrıca qeyd etmək olar. Həmin mövzular üzrə İrəvanın atdığı addımların məntiqsizliyi və siyasi reallığa uyğun gəlmədiyi şübhə doğurmur. Bu yol Ermənistanı haraya aparır? Rəsmi İrəvanın düşdüyü bataqlıqdan çıxmaq şansı mövcuddurmu?

Baza prinsipləri düz olmayanda: xarici siyasətin fiaskosunun başlıca şərti

Ermənistanın xarici siyasət konsepsiyası bir-birinin ardınca aldığı ağır zərbələrdən sonra demək olar ki, darmadağın olub. İndi bu ölkənin siyasi mühitində elə ziddiyyətli situasiya yaranıb ki, bütöv mənzərəni təsəvvür etmək xeyli çətinləşib. Çünki İrəvanın xarici siyasət kursunun bütün əsas istiqamətlərində iflasın müşahidə edildiyi barədə fikirlər səslənməkdədir. Bu zaman erməni ekspertlər Ermənistanın suverenliyini tam itirdiyini xüsusi vurğulayırlar. Onlar bütün əsas göstərişlərin kənardan verildiyinə əmindirlər. Xarici siyasətdəki uğursuzluqların kökü də məhz bu reallıqda axtarılır.

Bu tendensiya aprel ayındakı 4 günlük müharibədən sonra daha da güclənib. Ermənistanın siyasi hakimiyyətinin və bir qrup KİV-in həmin dövrdə erməni ordusunun "böyük qəhrəmanlıq" göstərdiyini sübut etməyə çalışmasına baxmayaraq, real proseslər tamamilə fərqli mənzərəni ortaya qoyur. Birincisi, qalib orduda sürətli kadr dəyişikliyi edilməz. Əksinə, mövcud olanı tərif eləyib, daha da təkmilləşdirərlər. Ermənistan ordusunda isə aprel döyüşlərindən sonra demək olar ki, bütün səviyyələrdə sonu görünməyən təftişlər aparılır.

İkincisi, ölkənin siyasi rəhbərliyi aprel döyüşlərindən sonra bu hadisəyə qədər tutduğu mövqedən fərqli davranmağa başladı. Onlar Moskvanı və Qərb dövlətlərini ittiham edərək, lazımi səviyyədə yardım göstərmədiklərini bəyan etdilər. S.Sarkisyanın gah Avropa, gah da Rusiyaya etdiyi nizamsız səfərləri məhz bu çaşqınlığın əlaməti idi. Qalib ölkənin başçısı özünü belə aparmır, əvvəllər tutduğu kursu inamla davam etdirir. S.Sarkisyan isə panikada sağa-sola ittihamlar yağdırmaqdan başqa bir iş görə bilməyib.

Üçüncüsü, Ermənistan rəhbərliyi 4 günlük müharibədən sonra Dağlıq Qarabağda xəndək qazdırmaqdan savayı, xarici siyasətdə heç bir təşəbbüslə çıxış edə bilmir. Ekspertlər bu kimi əlamətlərə görə "erməni adlanan millətin siyasi primitivizmi" kimi ifadələr işlədir (bax: məs., Игорь Мурадян. НКР – неудачный "эксперимент" / "Lragir.am", 20 avqust 2016), rəsmi İrəvanın bu bataqlıqdan çıxmaq iqtidarında olmadığını vurğulayırlar.

Belə təəssürat yaranır ki, Ermənistanda dövlətin uzun illərdir apardığı siyasətin tam iflasa uğradığına inananların sayı durmadan artır. Özü də bunu xarici siyasətin əsas prioritet istiqamətlərində müşahidə edilən uğursuzluqları xüsusi qeyd etməklə təsdiq edirlər. Yuxarıda vurğuladığımız kimi, arqument qismində hər şeydən əvvəl Ermənistanın reallıqda müstəqil dövlət olmadığı göstərilir. Hətta ekspertlər "Ermənistan alınmayan eksperimentdir" tezisindən bəhs edirlər (bax: əvvəlki mənbəyə). Təbii ki, burada söhbət erməni dövlətinin qurulmasından gedir. Bu dövlətin baş tutmasının əsas səbəbi birbaşa onun erməni xalqı tərəfindən qurulmaması ilə əlaqələndirilir. Konkret olaraq onu Rusiya imperiyasının eksperimenti adlandırırlar. Burada həqiqət məqamı vardır.

Başqa səbəb kimi, ümumiyyətlə, erməni xalqının siyasi mədəniyyətinin çox aşağı səviyyədə olması göstərilir. Bu cür "siyasi primitivizmin" təsdiqi indiyə qədər Ermənistana dəyərli və dünya siyasətindən başı çıxan bir adamın rəhbərlik edə bilməməsidir. Ermənistanda prezident "seçilən" hər bir şəxs yalnız kənar qüvvələrin əmrlərini yerinə yetirmək barədə düşünə bilir. Bu çərçivədən kənara çıxanın cəzası böyük olur. Belə halda isə heç bir vəchlə ermənilərin müstəqil və düşünülmüş siyasət yeritməsindən danışmaq mümkün deyildir.

Suverenlik: əsas faktorun yoxluğu

İndi Ermənistan KİV-də dərc olunan "analitik yazılara" nəzər salsaq, yuxarıda vurğuladığımız məqamın birbaşa təsdiqini görərik. Fikir verin, erməni ekspertlərin böyük əksəriyyəti ölkənin xarici siyasət kursunu S.Sarkisyanın Moskvaya səfərləri çərçivəsində aparılan danışıqların məzmununda V.Putinin hansı fikirləri ifadə etməsi kontekstində qiymətləndirirlər. Əgər Moskva Ermənistanın xeyrinə bir cümlə işlədirsə, dərhal "erməni siyasətinin uğurlarından", "Ermənistanın geosiyasi əhəmiyyətindən", "bir qarış torpağı verməməkdən" danışırlar (bax: Наира Айрумян. Новые штрихи в Карабахском урегулировании / "Lragir.am", 18 avqust 2016).

Başqa hallarda isə tam bədbin tezislər irəli sürülür, kənar qüvvələr günahlandırılır. Bəs İrəvanın iradəsi haradadır? Müstəqil siyasət kursu niyə görünmür? Bu suallara cavab verməyə çox az erməni eksperti həvəs göstərir. Deməli, bütövlükdə erməni siyasi şüuru hələ kölə vəziyyətindədir, xarici faktorlardan tam asılıdır.

Digər maraqlı məqam – uzun illərdir ki, erməni millətinin monolitliyindən dəm vuranlar indi başqa əlamətlərdən danışırlar. Onlar Rusiya, Avropa, Amerika və Ermənistanın özündə olan ermənilərin fərqli milli-siyasi şüura malik olduqlarını qeyd edirlər. Məsələn, bu yaxınlarda Rusiyada yaşayan ermənilərin Moskvanı Ermənistana qarşı tədbir görməyə çağırdıqları barədə informasiya yayıldı. Həmin müraciətdə rusiyalı haylar rəsmi İrəvanın satqın siyasət yeritdiyini və Kremlin maraqlarını tapdaladığından yazıblar. Konkret olaraq ABŞ-ın Rusiyanı regiondan sıxışdırıb çıxarmasına Ermənistanın rəvac verdiyini vurğulayırlar (bax: Наира Айрумян. Армяне в России призывают Москву принять меры против Армении / "Lragir.am", 18 avqust 2016).

Şübhəsiz, Qərbdə yaşayan ermənilər İrəvanı ABŞ və Aİ-yə üz tutmağa dəvət edirlər. Ermənistanda yaşayanlar isə gah Qərbə, gah də Şərqə züy tuturlar. Belə çıxır ki, bir cəmiyyət olaraq da ermənilər hələ öz yolunu seçə bilməyiblər. Bu da təbii ki, Ermənistan hakimiyyətinin xarici siyasətdə ziddiyyətli və məntiqsiz addımlar atmasını şərtləndirən faktorlardan biridir.

Təsadüfi deyil ki, hazırda Ermənistan siyasi mühitində panikanın yarandığı vurğulanır. Hətta Kremlin Ermənistan siyasətinə yenidən baxmaqda olduğunu yazırlar. Söhbət həmin siyasətin məzmununda və strateji məqsədində hansısa yeniliyin mümkünlüyündən getmir – sadəcə olaraq, Ermənistanda fəaliyyət tərzi dəyişə bilər. Böyük dövlətlərin, o cümlədən Rusiyanın Ermənistanda daha sadə və açıq metodlarla öz mövqelərini saxlamağa başladıqlarından bəhs edilir (bax: Акоп Бадалян. Паника в Армении: Кремль на пороге пересмотра / "Lragir.am", 18 avqust 2016).

Bunlar rəsmi İrəvanın suverenliyi itirməklə yanaşı, iki mühüm aspektdə də uduzduğunu göstərir. Onlardan biri faktiki olaraq Ermənistanın etibarlı tərəfdaşının olmamasıdır. Hətta İrəvanın üzv olduğu KTMT belə konkret situasiyalarda ona dəstək verməkdən imtina edir. ABŞ, Aİ ölkələri və Rusiya isə Ermənistana ancaq öz maraqları çərçivəsində yanaşırlar. Bunların heç biri real tərəfdaşlığın əlamətləri deyil – ağanın öz vassalına olan münasibətidir.

Digər aspekt isə Dağlıq Qarabağ məsələsində fiaskodan ibarətdir. Ermənistan nə hüquqi, nə də hərbi müstəvidə üstünlüyə malik deyil. Bunun nəticəsidir ki, indi rəsmi İrəvan, ümumiyyətlə, danışıqlardan yayınmağa, məsuliyyətdən qaçmağa və bütün işləri Qarabağdakı separatçılara yükləməyə çalışır. Ermənistan xarici işlər nazirinin müavini Ş.Koçaryan bəyan edib ki, Ermənistan Dağlıq Qarabağın statusu ilə bağlı fikir bildirə bilməz. "Çünki bu, "DQR"in səlahiyyətinə daxildir" (bax: məs., Интересные заявления Шаварша Кочаряна / "Lragir.am", 18 avqust 2016).

Bu cəfəngiyata heç ermənilərin özləri də inanmırlar, çünki 20-ildən çoxdur ki, Ermənistan münaqişə ilə bağlı danışıqlarda birbaşa iştirak edir və orada "DQR" adlanan psevdoqurumun izi-tozu belə yoxdur. Bu, yalnız riyakarlıq deyil, həm də nadancasına yalan danışmaqdır. Görünür, S.Sarkisyan öz mənəviyyatına uyğun olanların hakimiyyətdə təmsilçiliyinin davamlı olmasına çalışır.

Vurğulanan məqamlar bir həqiqəti ortaya qoyur: Ermənistanın xarici siyasəti tam iflasa uğrayıb və rəsmi İrəvan düşdüyü bataqlıqdan xilas olmaq üçün absurd üsullara əl atır. Ancaq onu çətin ki, qurtara bilsinlər.

Newtimes.az

Paylaş:
609

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər