XİN faşizm üzərində Qələbənin ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

XİN faşizm üzərində Qələbənin ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib

10:27 - Bu gün
XİN faşizm üzərində Qələbənin ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xarici İşlər Nazirliyi faşizm üzərində Qələbənin ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.

1news.az xəbər verir ki, bu barədə XİN-in "X"dəki hesabında paylaşım olunub.

"Faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə xalqımızı təbrik edirik.

Azərbaycan xalqı İkinci Dünya Müharibəsi zamanı böyük fədakarlıq nümayiş etdirib, həm ön cəbhədə, həm də arxa cəbhədə faşizm üzərində qələbəyə mühüm töhfə verib.

Müharibə zamanı həlak olan həmvətənlərimizin əziz xatirəsini yad edir, veteranlarımıza möhkəm cansağlığı və uzun ömür arzulayırıq", - paylaşımda qeyd olunub.

Paylaş:
256

Son xəbərlər

Bütün xəbərlər