HUFFINGTON POST: Ermənistanın yeni baş naziri - rusiyayönümlü siyasətçidir və heç də sadə insanların sevimlisi deyil
Ermənistanda tarixi siyasətçilər öz səlahiyyətlərini arzuolunmaz şiddətin qarşısını almaq üçün istifadə edirlər.
Bu haqda Kyiv Post və The Huffington Post-un bloggeri Ermənistandan olan hüquq-müdafiəçisi Armine Saakyan müəllifi olduğu məqalədə yazır.
Bu məqalədən olan tərcüməni müəyyən ixtisarlarla diqqətinizə çatdırırıq:
Ermənistanın yeni baş naziri - rusiyayönümlü siyasətçidir və heç də sadə insanların sevimlisi deyil
2010-cu ildə İrəvanın meri Qaqik Beqlaryan prezident Serj Sarkisyana mane olduğu üçün vəzifəsindən azad edilib.
Ölkənin yeni meri o dövrdə Rusiya “Qazpromu”nun törəmə müəssisəsinin rəhbəri Karen Karapetyan təyin edilir. Bu, onun ictimai-siyasi postda ilk vəzifəsi olur. Lakin Karapetyan bu vəzifədə bir il çalışdıqdan sonra yenidən tanış sahəyə qayıdır.
Bu dəfə Ermənistan prezidenti Karapetyanın digər ekstremal vəziyyətə atır: iyulda polis alayının ələ keçirilməsilə ölkədəki daxili siyasətin gərginləşməsi fonunda onu baş nazir təyin edir.
Karapetyan yeni vəzifəsində prezidentin Ermənistanda iqtisadi problemlərdə, eləcə də polis alayının ələ keçirilməsi məsələsində gühanlandırdığı “qurban” Ovik Abramyanı əvəz edir.
Belə ki, istər mer vəzifəsi, istərsə də baş nazir olmaq Karapetyan üçün təsadüf olsa da, bir sıra analitiklər onu “təsadüfi siyasətçi” adlandırırlar. Lakin onun baş nazir olmaq müddəti çox güman ki, yeddi ay – İrəvanın meri olduğu müddətdən daha az sürəcək. Bu da, 2018-ci ildə Ermənistanın prezident idarə üsulundan parlamentə keçəcəyi ilə əlaqədar olacaq.
2015-ci ilin dekabrında Sarkisyan Konstitusiyaya dəyişiklik etdi. Belə ki, hazırki Konstitusiya onun səlahiyyətlərini 2 il müddətinə məhdudlaşdırırdı. Yeni sistemə əsasən ölkənin başçısı baş nazir olacaq. Beləliklə də, Sarkisyan bu vəzifəyə seçilə bilər.
Bu da Karapetyanın bu vəzifədə 19 ay qalması deməkdir. Bu müddətə o, hiss olunacaq dərəcədə dəyişikliklər edə biləcəkmi? Cavab – çox güman ki, xeyr. Bununla yanaşı, onun keçmiş planları göstərir ki, o, heç nəyi dəyişmək istəməyəcək.
Karen Karapetyan haqda bilmək lazım olan bəzi faktlar:
1. Karapetyan rusiyayönümlü istiqamətlənib. Lakin bir çox ermənilər rifahı Avropa ilə yaxınlaşmada görür. Karapetyan var-dövlətini öncə Ermənistandakı, daha sonra isə Rusiyadakı “Qazprom”da qazanıb.
2010-cu ildə İrəvan meri olmadan öncə “Qazprom”un törəmə müəssisəsinə 9 il rəhbərlik edib. 2011-ci ildə mer postundan getdikdən sonra Karapetyan Moskvada “Qazprombank”ın vitse-prezidenti olur. 2012-ci ilin noyabrında “Qazprom”un Regionlararsı Qaz müəssisəsinin baş direktoru olur.
Nəzərə alsaq ki, Karapetyanın karyerasının gələcəyi Rusiya ilə bağlıdır. Çox güman ki, o, baş nazir vəzifəsində olarkən Ermənistanın Moskvadan asılılığını azaltmaq üçün hansısa addım atmayacaq.
2. Çətin ki, Karapetyan Ermənistanda gündən-günə çətinləşən sadə insanların həyatının yaxşılaşdırlması istiqamətində hansısa addımları atsın. Onun mer vəzifəsində olduğu bir il müddətdə sakinlər üçün ticarətin məhdudlaşdırılması kimi yadda qalıb.
Küçələrdə meyvə, tərəvəz və digər ev məhsullarının satışı ilə bağlı qərarını Karapetyan onunla əlaqələndirir ki, bu, iqtisadiyyata kölgə salaraq dövlət büdcəsinə bir qəpik də daxil olmağa imkan vermir. Kücələrdəki kiçik ticarət müəssisələrinin azaldılması ilə bağlı sərt tədbirlər ticarətçilərin geniş etiraz aksiyasına səbəb oldu.
Baxmayaraq ki, Karapetyan baş nazir vəzifəsində bir necə gündür ki, təyin olunub, artıq o, kölgə iqtisadiyyatı ilə mübarizə aparacağını elan edib. Bu dəfə paytaxt miqyasında deyil, ümumilikdə bütün ölkə boyunca.
3. Bu yay erməni ictimaiyyətinin Serj Sarkisyan rejimindən narazılıqları ilə bağlı çıxışlar oldu. Ölkə prezidnenti vətəndaşlar qarşısında iqtisadi və siyasi islahatlar aparmağı, Nazirlər Kabinetinin daxilində müxalifət nümayəndələrinin də olduğu milli birlik hökuməti qurmağı barədə söz verdi.
Əgər Sarkisyana baş nazir-islahatçı lazım olsaydı, o zaman o, bu vəzifəyə bütün ömrü boyu ehtiyatlı biznes-rəhbər olan Karapetyanı deyil, başqa birini təyin edərdi.
Bütün yuxarıda sadalanalardan çıxış edərək siyasi müşahidəçilər ehtimal edir ki, Karapetyan baş nazir oldğu müddətdə ölkədəki daxili siyasəti qorumağa çalışacaq, eləcə də siyasi dəyişikliklər üçün heç bir addım atmayacaq.
“Baş nazirin təravətli üzü bir sıra ermənilərə iqtisadi vəziyyətlərin yaxşılaşması, varlılar və kasıblar arasında uçurumu aradan qaldıracaq, eləcə də ölkədəki irimiqyaslı korrupsiyaların qarşısına alacağına ümid bəsləyir. Lakin 25 illik müstəqillyi müddətində Ermənistan 18 baş nazir dəyişsə də, psotsovet ölkələri arasında ən kasıb dövlət olaraq qalır”, - Armine Saakyan yazır.
Məqaləni NewsHub bölməsi vasitəsilə orjinaldan oxuyun:
HUFFINGTON POST: New Armenian Prime Minister Is Pro-Russia and Not a Champion of the Little Guy
1news.az