Şirvanda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Cəmil Rəhimov dəfn edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Cəmil Rəhimov dəfn edilib

14:46 - Bu gün
Şirvanda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Cəmil Rəhimov dəfn edilib

Şirvan şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cəmil Rəhimovla vida mərasimi keçirilib.

1news.az-ın "Report"a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Şirvanın rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cəmil Nizami oğlu Rəhimov 1969-cu il iyunun 5-də Sabirabad rayonunun Cəngən kəndində anadan olub. 1992-ci il mayın 8-də Şuşada gedən döyüşlər zamanı itkin düşüb.

C.Rəhimov Şirvan şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər