Şəkidə qəza olub, bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb
Şəki rayonunun Orta Zəyzid kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verib, vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalıb.
1news.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shaolin SLG 6602” markalı mikroavtobusun yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Məmmədov Famil Namiq oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.












