Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edib

21:56 - 30 / 09 / 2016
Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edib

Milli Məclis Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında qərar qəbul edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, qərarda deyilir:

“Avropa Parlamentinin 2015-ci il sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurmuşdur. Ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında tərəfdaşlığı sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönələn bu qərəzli siyasi aksiyanın cavabında Azərbaycan Respublikasının Milli Məclisi 2015-ci il sentyabrın 14-də qərar qəbul etmişdir. Qərarda Avropa Parlamentində müəyyən qüvvələr tərəfindən Azərbaycan barəsində sistemli və davamlı şəkildə aparılan qarayaxma kampaniyasına qiymət verilmiş, bu qüvvələrin Avropa İttifaqı–Azərbaycan münasibətlərinə qarşı pozuculuq fəaliyyətinə son qoyulması üçün zəruri tədbirlər müəyyənləşdirilmişdir. Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasını və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmamasını qərara almışdır. Eyni zamanda, həmin qərarla Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində Milli Məclisin iştirakına son qoyulmuşdur.

Milli Məclis Avropa Parlamentindən tələb etmişdir ki, Azərbaycana münasibətdə obyektiv mövqe tutsun və bu yanaşmanı real addımlarla nümayiş etdirsin. Bununla birlikdə, Avropa Parlamentindəki konstruktiv və sağlam qüvvələrə müraciət edilmişdir ki, Avropa Parlamentinin nüfuzuna xələl gətirən bu cür fəaliyyətin qarşısını almaq üçün səylərini artırsınlar.

2016-cı ilin aprel ayında Avropa Parlamentinin rəhbərliyi Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqu bərpa etmək üçün Avronest Parlament Assambleyasının nümayəndə heyətini Azərbaycana ezam etmişdir. Bu istiqamətdə danışıqların davam etdirilməsi üçün sentyabr ayının 19–21-də Avropa Parlamentinin deputatlarından ibarət səlahiyyətli nümayəndə heyəti Azərbaycana səfər etmiş və dövlətimizin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirmişdir.

Nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qəbul etmişdir. Dövlət başçısı Avropa Parlamentinin göstərilən qətnaməsi ilə bağlı tənqidi qeydlərini açıq və qəti surətdə ifadə etmiş, Avropa Parlamenti ilə əlaqələrin bərpa edilməsi və bu əlaqələrin qarşılıqlı hörmət, bərabərlik və anlaşma əsasında inkişaf etdirilməsi barədə mülahizələrini söyləmişdir.

Səfərin yekunlarına əsasən qəbul olunmuş bəyanatda Avropa Parlamentinin nümayəndə heyəti bir ildən bəri Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqun olmamasından təəssüfləndiyini bildirmiş, qarşılıqlı münasibətlərin qırılmasına gətirib çıxara biləcək hər hansı halların gələcəkdə baş verməməsi üçün zəruri tədbirlər görüləcəyinə əmin etmişdir. Nümayəndə heyəti bunu da birmənalı olaraq bəyan etmişdir ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tamamilə dəstəkləyir.

Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqun və əməkdaşlığın bərpa edilməsi istiqamətində Avropa Parlamenti tərəfindən atılan addımlar Avronest Parlament Assambleyasında Milli Məclisin üzvlüyünün və Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətinin bərpasına zəmin yaradır.

Yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il 14 sentyabr tarixli qərarının 10-cu və 11-ci bəndləri qüvvədən düşmüş sayılsın”.

1news.az

 

Paylaş:
590

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər