Dünyanın hər yerindən olan separatçılar Moskvada toplaşıb: bu, kimə lazımdır?
Bazar günü, sentyabrın 25-də Moskvada beynəlxalq konfrans keçirilib. Konfransda Puerto-Rikodan tutmuş Livana qədər bütün separatçı rejimlərin nümayəndələri iştirak edib.
Konfrans KİV-də geniş əks-səda doğurmasa da, Financial Times-ın Moskva müxbiri Maks Seddan buraya dəvət olunub.
Müxbir məqaləsində qeyd edir ki, bu, Moskvanın “dissident hərəkatları” hesabına Qərb ölkələrində gərginlik yaratması ilə bağlı növbəti addımıdır. Lakin Rusiyada regionların mərkəzdən uzaqlaşdırılmasına edilən çağırışlar beş il azadıqdan məhrumedilməklə cəzalandırılır.
Jurnalistin diqqətini tədbirin son anda paytaxtın elit otellərindən biri olan - Ritz-Carlton-da keçirilməsi daha çox cəlb edib. Belə ki, həmin otelin xidmətləri ilə adətən Hollivud ulduzları və xarici ölkələrin rəhbərləri istifadə edirlər.
Konfrans iki il ard-ardına antiqloballaşma hərəkatının rəhbərliyi ilə keçirilir. Bu, prezident Vladimir Putinin Rusiyanın Qərblə münasibətində tənqidi mövqeyi qadağan etdikdən sonra sanballı yer alan milliyətçi qruplardan biridir.
Maks Seddan qeyd edir ki, Kremlin təşkilatdakı genişmiqyaslı iştirakı anlaşılmazdır. Aİ və ABŞ-ın rəsmi nümayəndələri dəfələrdlə Rusiyanı bu qrupların seçkilərdə iştirakına mane olması və marginal partiyaları maliyyələrdirməklə bağlı ittiham etsə də, lakin bununla bağlı cidd dəlil-sübut yoxdur.
Bu cür irimiqyaslı tədbirlərin maliyyəşdirilməsinə diqqət yönəldilərək qeyd edilir ki, antiqloballaşma hərəkatının lideri, 26 yaşlı Aleksandr İonov konfransda bəyan edib: təşkilatın fəaliyyətini, eləcə də konfransda iştirak edənlərin nəqliyyat xərclərini o özü beynəxalq ticarət şirkətindəki gəlirləri hesabına maliyyələşdirir. Lakin şirkətin adını “siyasi səbəblərdən” qeyd etmək istəməyib.
Kremldəki məmurlar konfransda iştirak etməyib.
Azərbaycandan baxış
Politoloq Fikrət Abbasov dünyada tanınmayan törəmə dövlətlərin, separatçı nümayəndələrin bu görüşlərini “qaranlıq mövzuları müzakirə edən kriminal aləmin yığıncağı” adlandırıb:
“Müzakirə olunan məsələlər böyük əhəmiyyət kəsb etmir, belə ki, bu, “boş sözlərdir”.
Tofiq Abbasov isə qeyd edir ki, konfarns iştirakçıları yüksək keyfiyyətli oteli də təsadüfən seçməyiblər:
“Təmtərağa üstünlük verilsə də, bu cür görüşlərin əhəmiyyəti yoxdur. Törəmələr- qeyri-qanuni nümayəndələr bu cür səs-küy yaratmaqla heç nədən piar yaratmaq istəyiblər. Buna isə nail ola bilmədilər. Belə ki, nə günün mövzusu, nə müzakirələrin gedişi, nə də qəbul edilən qərarların xarakteristikası işıqlandırılmayıb”.
T.Abbasov öz mülahizələrini bununla təsdiq edir ki, beynəlxalq dərəcədə tanınmayan törəmə diplomatik fəaliyyət alətlərinə malik deyillər, buna görə də onların niyyət və planları boş sözdən ibarətdir:
“İdeoloji başçılar mikro səbəblərdən makro effek əldə etmək niyyətində oldular, amma nəticəsdə heç nə qazana bilmədilər”.
1news.az