Həftənin ilk gününə olan hava proqnozu | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftənin ilk gününə olan hava proqnozu

13:40 - 02 / 10 / 2016
Həftənin ilk gününə olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

1news.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15° isti, gündüz 19-22°, Bakıda gecə  13-15° isti, gündüz  20-22° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət   gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 3-də hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi rayonlarda duman, şərq rayonlarında çiskinli olacaq. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

1news.az

Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər