ASAN xidmət-dən yeni həyat standartları – FOTO
Yaxın günlərdə Masallıda Azərbaycan vətəndaşları üçün müxtəlif sahələrdə operativ xidmətlərdən istifadə etməyə imkan verən ASAN xidmət mərkəzi fəaliyyət göstərməyə başladı.
Bu mərkəzdə dünya standartlarına uyğun dövlət xidmətləri göstərilməklə yanaşı, ziyartəçilərin əyləncəsi üçün də əlavə şərait yaradılıb.
ASAN xidmət-in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov jurnalistlərə bildirib ki, ölkəmizdə bu cür layihə ilk dəfədir həyata keçirilir və ASAN Həyat adlandırılır.
Onun sözlərinə görə, kompleksin ərazisində abadlaşdırılmış parkda istirahət etmək, kinoteatra getmək, intellektual mərkəzin təşkil etdiyi müxtəlif oyunlarda iştirak etmək, incəsənət məktəbində treninq və sərgilərdə iştirak etmək, kafeyə getmək, eləcə də “ASAN” loqosu olan gündəlik geyim və aksessuarlar əldə etmək olar.
Bundan sonra regionlarda ASAN xidmət-in digər mərkəzləri də bu formatda həyata keçiriləcək.
Burada açılan digər layihə - ABAD (Ailə Biznesinə Asan Dəstək) mərkəzidir ki, bu da dövlət başçısının sərəncamı ilə yaradılıb. Bunun başlıca məqsədi ailə biznesinə dəstək göstərməkdən ibarətdir.
Yaxın zamanlarda bu cür mərkəzlər Azərbaycanın digər rayonlarında da açılacaq.
“Nümunə üçün, mənim meyvə bağım var. Mən alma yetirşdirirəm və alma cemi istehsal etmək istəyirəm. Lakin maliyyə vəsaitim və texniki avadanlığım yoxdur, eləcə də bu istiqamətdə biznes plan təşkil etməyi də bacarmıram. ABAD mərkəzinə müraciət etməklə lazımi sərmayələr, konteynerlərə giriş əldə edəcəyəm. Bununla da mütəxxəsislərdən biznes-məsləhətlər, hüquqi və marketinq xidmətləri, eləcə də məhsulun bazara çıxarılması iə bağlı məsləhətlər alacağam”, - A.Hüseynov bildirib.
Nəticədə satış üçün verilmiş vəsait sərmayədar, məhsulu istehsal edən ailə və təbii ki, buna imkan yaradan ABAD mərkəzi arasında bölüşdürüləcək.