34 həkim imtahandan keçə bilmədi | 1news.az | Xəbərlər
Cəmiyyət

34 həkim imtahandan keçə bilmədi

14:37 - 03 / 10 / 2016
34 həkim imtahandan keçə bilmədi

Səhiyyə Nazirliyinin 27-28 sentyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, imtahanlarda ümumilikdə 232 həkim iştirak edib, onlardan 34-ü imtahandan keçə bilməyib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.

1news.az

Paylaş:
375

Son xəbərlər

Bütün xəbərlər