Ötən gün polis əməkdaşları tərəfindən silah-sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün polis əməkdaşları tərəfindən silah-sursat aşkarlanıb

1news Redaksiyası17:36 - Bu gün
Ötən gün polis əməkdaşları tərəfindən silah-sursat aşkarlanıb

Polis tərəfindən oktyabrın 30-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 tüfəng, 1 patron darağı və 238 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər