Gülənin ilk qurbanları: onu ifşa edənləri necə məhv etməsi haqda – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Gülənin ilk qurbanları: onu ifşa edənləri necə məhv etməsi haqda – FOTO

16:57 - 03 / 10 / 2016
Gülənin ilk qurbanları: onu ifşa edənləri necə məhv etməsi haqda – FOTO

İlk dəfə 1999-cu ildə Fətullah Gülən və onun tərəfdarlarının fəaliyyəti ilə bağlı açıq-aşkar surətdə müzakirədən sonra həmin tok-şounun iştrakçıları və moderatoru acınacaqlı tale ilə qarşılaşır.

1999-cu ilin 18 iyununda Türkiyənin ATV telekanalında ölkənin məşhur tok-şousu olan Siyasət Meydanının növbəti buraxılışı nümayiş etdirilir. Proqramın müəllifi məşhur jurnalist Əli Kırca studiyaya Türkiyənin ən qabaqcıl ziyalılarını – alim, yazıçı, publisist və jurnalistləri dəvət edir. Türkiyə televiziyası tarixində ilk dəfə olaraq iştirakçılar Fətullah Gülən və onun tərəfdarlarını açıq surətdə müzakirə etmək üçün toplaşmışdılar.  Belə ki, türk ordusunun ehtiyatda olan generalı Kamal Yavuz, professor Türkan Saylan, yazıçı və publisist Nəcib Hablemitoğlu və Müasir Təhsil Fondunun sədri Gülsevən Yaşar canlı yayımda ilk dəfə olaraq Gülənin əsl üzü, onun “Nur” dini-fəlsəfi cəmiyyəti və “Hizmət” beynəlxalq hərəkatını müzakirə etdilər.

Çıxış edənlər Gülənin uzun illər boyu böyük səylər göstərərək “İslam elitası” yaratmasından danışdılar. Bu təşkilat müntəzəm olaraq ölkənin dövlət qurumları və xüsusi xidmətlərinə sirayət edərək Atatürkün yaratdığı dünyəvi idealları məhv edərək yeni türk dövləti qurmaq istəyirdilər.

Foto: jurnalist Əli Kırca

Əli Kırca studiyaya Gülən şəbəkəsinin fəaliyyətini araşdıran məhz bu insanları dəvət etmişdi. Bu iştirakçılar bu və digər formada hər zaman bu təşkilatın Türkiyəyə qarşı narahatlıqlarını ifadə ediblər. Onlar “Hizmət” hərəkatının gözlənilməz anda gec, ya da tez partlayacaq bombaya bənzədiblər.

Elə həmin vaxtlar Gülən Türkiyədə mövcud dünyəvi sistemi devirməkdə ittiham olunur. Eləcə də onun adı məşhur qalmaqallı cinayət işi “Susurluq”da hallanır. Onun mafiya və Amerikanın nüfuzlu senatorları ilə əlaqələri də məlum olur. 1998-ci ildə Gülən ABŞ-a mühacirət edərək Türkiyədəki cəzadan qaçır. Lakin o zamanlar Gülən hələ də qüdrətli idi və Türkiyədə onu ifşa etməyə hər kəsin cəsarəti çatmazdı.  

Onun tərəfdarlarının adlandırdığı kimi “hocaəfəndi”nin ölkədə fiziki şəkildə olmamasına baxmayaraq, Türkiyədə Gülən şəbəkəsi günbəgün genişlənməkdə davam edir. Guya ilahiyatçı olan Gülən dini-fəlsəfi fəaliyyəti ilə yanaşı bir sıra kütləvi informasiya vasitələrinə rəhbərlik etməklə yanaşı, dünya üzrə iri sənaye və maliyyə şirkətləri, holdinqləri vardı. Eləcə də, iri təhsil müəssisələri və liseylər də Gülənə məxsus idi.

Həmin vaxtlar ölkəni Bülənt Ecevitin rəhbərliyi ilə koalisiya hökuməti idarə edirdi. Ecevitin son hakimiyyəti dövründə Solçu Demokratiya Partiyası, Məsud Yılmazın sədrliyi ilə Vətən Partiyası və Dövlət Baxçalının sədrliyi ilə Milli Hərəkat Partiyası təqdim edilir. Eyni zamanda gözləmə mövqeyində olan Gülən tərəfdarları bir sıra siyasi partiyalara sirayət edərək özlərini mühafizəkarlar, islamçılar, milliyətçilər, sosialistlər, hətta kommunist kimi qələmə verirlər. Öz məqsədlərinə nail olmaq üçün onlar hətta şeytanla da əlbir olmağa hazır idilər.

Gülənin gedişi mahiyyət etibarilə əks effekt göstərir. Onun şəbəkəsi öz sıralarına ölkənin aparıcı dövlət qurumlarının, xüsusi xidmət, məhkəmə və hüquq-mühafizə orqanlarını cəlb etməkdə davam edir. Ölkədə zabitlərin xüsusi seçilməsinə baxmayaraq, Gülənin adamları Türkiyənin Silahlı Qüvvələri sıralarına da uğurlu daxil ola bilirlər.  Beləcə, Gülənin ölkədə fiziki surətdə olmaması onun tərəfdarlarının işini müəyyən mənada yüngülləşdirir.

Hələ o zamanlar bir çoxları Türkiyədə Fətullah Gülən təşkilatının Qərbin, xüsusən də ABŞ-ın regionda The Greater Middle East (Yaxın Böyük Şərq, qısacası GME) layihəsinin yaradılmasında əsas strateji elementlərdən biri olduğuna əmin idi. GME layihəsinin başlıca məqsədi – hazırki sərhədlərdə olan regiona tam nəzarət idi.

Hesab olunur ki, bu planın həyata keçilməsi üçün siyasi və ideoloji alətlərlə yanaşı, eləcə də milli dövlətlərə qarşı destruktiv münasibət bəsləyən dini sektalar da istifadə olunurdu. Gülənin sektası bu mənada böyük rol oynadı.

Gülənin sabiq baş məsləhətçisi, daha sonra isə sektaya rəhbərlik edən Nurəddin Verən bu təşkilatın fəaliyyəti ilə bağlı kitab yazır. O, Gülənin Amerika Xüsusi Xidmətindən aldığı pulları da sitat gətirir. Eləcə də, Verən qeyd edir ki, beynəlxalq təhsil şəbəkəsində Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək kardlı agentləri işləyir.

Gülənin rəqibləri hesab edir ki, onun təşkilatının qarşısına qoyduğu məqsəd Amerika sıralarına daixl olmaqdır. Hələ 1994-cü ildə Türkiyə SQ-nin Baş Qərargahı bəyan edir ki, Gülən təşkilatı Fəhlə Kürd Partiyası (PKK) kimi təhlükədir.

Məhz Siyasət Meydanı tok-şousunun qonaqları hələ 1999-cu ildə bu məsələləri müzakirə ediblər. Misal üçün, tatar əsilli məşhur Türkiyə alim və yazıçısı, dünyəvi ideallara tərəfdar olan Nəcib Hablemitoğlu bu problemə “Köstəbək” adlı kitab həsr edir. Hablemitoğlu kitabında Türkiyə Xüsusi Xidməti və polisi sıralarına hərəkat üzvlərini sirayət olmasından, eləcə də Türkiyənin dünyəvi hökumətinin devrilməsi ilə bağlı uzunmüddətli planlardan bəhs edir.

Foto: Nəcib Hablemitoğlu

2002-ci ilin dekabrın 18-də Hablemitoğlu öz evinin qarşısında gülələnir. Əsas məqamlardan biri də onun Gülən tərəfdarları kimi təqdim edən şəxslərdən dəfələrlə hədə almasıdır. Buna baxmayaraq, Hablemitoğlunun cinayət işi hələ də açılmayıb və onu öldürənlər tapılmayıb.

Tok-şounun digər iştirakçısı ehtiyatda olan general Kamal Yavuz daha sonra “Ergenekon” terror təşkilatına üzvlükdə ittiham olunur. Və 7 il altı ay müddətinə azadlıqdan məhrum edilir. 2013-cü ilin dekabrın 30-da general bəraət qazanmadan İstanbulda vəfat etdi. Daha sonra Türkiyə məhkəməsi “Ergenekon” və “Gürz” işləri ilə bağlı ittiham olunanalara bəraət edərək bütün bunların düzəldilmiş olduğunu açıq surətdə bəyan edir.

Veriliş əsnasında professor Türkan Saylan deyib ki, Türkiyə tədricən Gülən şəbəkəsinin əsiri olacaq, onun yüksəkixtisaslı kadrları artıq ordu sıralarına sirayət edib. Həmçinin professor bildirib ki, bütün bu çıxışlardan sonra gələcəkdə onların başlarına nələr gələcəyindən xəbərsizdir. Türkan Saylan haqlı olur. Belə ki, illər sonra onun rəhbərlik etdiyi, Atatürk prinsiplərini və cümhuriyyət dəyərlərini qoruyan Müasir Həyatı Dəstəkləyən Asosiasiyası “Ergenekon”la əlaqəli olmaqda ittiham edilir. Bu assosiasiya gülənçilərin əsas hədəfinə çevrilir.

Tok-şounun digər iştirakçısı, Müasir Təhsil Fondunun sədri Gülsevən Yaşar da “Ergenekon” təşkilatına üzvlükdə ittiham olunaraq İnterpolun xətti ilə axtarışa verilir.

Foto: Gülsevən Yaşar

Verilişin müəllifi Əli Kırcaya gəlincə o, tok-şounun qonaqları ilə müqayisədə asanlıqla canını qurtarır. Belə ki, jurnalist 2006-cı ildə kaset qalmaqalının qurbanlarından biri olur. Digər sözlərlə, Gülənin böhtançı şəbəkəsi hesabına jurnalistin şəxsi həyatının intim kadrları geniş müzakirə mövzusuna çevrilir.

Şübhəsiz ki, həmin veriliş Gülən və onun tərəfdarları üçün əsl şok olur. Gülənçilərin hüquq-mühafizə orqanları, xüsusi xidmət və digər dövlət qurumlarına sirayət etməsini Türkiyədə bilməyən yoxdur. Lakin həmin gecə sadə vətəndaşlar belə gülənçilərin irimiqyaslı nüfuzetmələrinin, eləcə də paralel dövlət qurmalarından xəbərdar olur. Bundan əlavə, irəli sürülmüş faktlar hesabına aydın olur ki, gülənçilərin türk ordusuna daxil olma əfsanəsi heç də yalan deyil.

Eləcə də jurnalist araşdırmaları və məxfi təşkilatı ifşa etməklə məşğul olan məşhur türk jurnalisti, yazıçısı, ictimai xadim Uğur Mumçu bildirib ki, bu gün dini cərəyanlarla qoşulan uşaqlar 30 ildən sonra general olaraq Cumhuriyyətin əleyhinə çıxış edəcək.

Foto: Uğur Mumçu

1993-cü ilin 24 yanvarında Uğur Mumçu öz evindən çıxaraq maşınına əyləşir, bu zaman avtomobil partlayır. Jurnalistin ölümü hələ də araşdırılmayıb.

Mumçunun uzaqgörənliyi 2016-cı ilin iyulun 15-də Gülən tərəfdarları olan bir neçə yüksəkçinli zabitlərin rəhbərliyi ilə Türkiyədə hərbi çevrilişə cəhd zamanı öz əksini tapır.

Ceyhun Ələkbərov

Məqalə müəllifin nəzər nöqtəsini əks etdirir 

Paylaş:
3022

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər