Azərbaycanın U-16 qızlardan ibarət millisi UEFA İnkişaf Turnirində son oyununa çıxır | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın U-16 qızlardan ibarət millisi UEFA İnkişaf Turnirində son oyununa çıxır

09:25 - 11 / 05 / 2026
Azərbaycanın U-16 qızlardan ibarət millisi UEFA İnkişaf Turnirində son oyununa çıxır

16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu - üçüncü oyununa çıxacaq.

1news.az AFFA-ya istinadən xəbər verir ki, komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gələcək.

Binə stadionundakı matç saat 12:00-da başlayacaq.

Xatırladaq ki, U-16 daha əvvəlki qarşılaşmalarda Litvaya (1:4) və Rumıniyaya (1:7) uduzub.

Paylaş:
794

Son xəbərlər

Bütün xəbərlər