Könüllülük festivalı başa çatdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Könüllülük festivalı başa çatdı - FOTO

17:43 - 03 / 10 / 2016
Könüllülük festivalı başa çatdı - FOTO

“İrəli” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “SAY: Volunteerinq Festival” (Könüllülük festivalı) layihəsi sona çatdı.

Təşkilatdan 1news.az-a verilən məlumata görə, layihə müddətində birinci gün gənclər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək respublikamızda geniş vüsət alan könüllülük hərəkatının əhəmiyyətindən danışıblar.

Layihənin ikinci günü təlimçilər “Könüllü Birliklərinin Komanda quruculuğu”, “Effektiv ünsiyyət vasitələri” kimi mövzularda təlim keçiblər.

Layihənin üçüncü gününün birinci hissəsində isə gənclər dağa yürüş təşkil ediblər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayevlə görüş zamanı gəncləri maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib.

Layihənin 4-cü günü Bakı 2017 Əməliyyat Komitəsinin rəhbəri Elçin Səfərov ilə görüş olub və gənclər onları maraqlandıran suallar haqqında ətraflı cavab alıblar. Daha sonra isə Azərbaycan Atıcılıq Federasiyası gənclər üçün bir sıra təlim məşq tədbirləri həyata keçirib.

Layihə zamanı gənclərin Kədərlə andığı, işğal altında olan Xocavənd rayonu ilə bağlı videoçarx hazırlanıb və təqdim olunub. Layihənin sonuncu günü isə “SAY: Volunteerinq Festival” (Könüllülük festivalı) layihəsinin bağlanış mərasimi olub və iştirakçılar şəhadətnamə ilə təltif olunublar.

1news.az

Paylaş:
533

Son xəbərlər

Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41
Bütün xəbərlər