“ASAN xidmət indeksi” üzrə qiymətləndirilmə mexanizmi təqdim olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət indeksi” üzrə qiymətləndirilmə mexanizmi təqdim olunub

22:32 - 03 / 10 / 2016
“ASAN xidmət indeksi” üzrə qiymətləndirilmə mexanizmi  təqdim olunub

3 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ADA” Universiteti tərəfindən hazırlanan “ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizmi  təqdim olunub. 

1news.az-ın məlumatına görə, tədbirdə çıxış edən xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, “ASAN xidmət”lə “ADA” Universiteti arasında yaxşı münasibətlər formalaşıb:

“Belə bir layihənin universitetimizdə təqdim edilməsi təsadüfi deyil. Gələcəkdə bu mexanizmin uğur qazanmasında “ADA” Universitetinin də rolu qeyd olunacaq”.

Bildirilib ki, “Elektron hökumət” sahəsində ölkəmizdə görülən işlər sürətlə genişlənir və “ASAN xidmət” mərkəzləri bu istiqamətdə öz töhfəsini verməkdədir. “ASAN xidmət” indeksi üzrə qiymətləndirmə mexanizminin formalaşdırılması böyük nailiyyətdir və təqdirəlayiq haldır.

Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizminin noyabr ayından etibarən fəaliyyətə başlayacağını, qiymətləndirmənin nəticələrinin isə 2017-ci ilin ortalarında cəmiyyətə açıqlanacağını deyib.

İ.Kərimov qeyd edib ki, bu mexanizm Dövlət Agentliyi və “ADA” Universitetinin ortaq layihəsidir: “Mexanizmin yaradılmasında məqsəd dövlət xidmətlərində keyfiyyətin və operativliyin artırılmasıdır. “ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizmi ancaq praktiki deyil, həmçinin elmi əsaslar nəzərə alınaraq hazırlanıb”.

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli, 262 nömrəli Fərmanına əsasən dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması məqsədi ilə Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılıb və istifadəyə verilib.

Hazırda 118 dövlət orqanı tərəfindən göstərilən 594 dövlət xidməti haqqında bütün məlumatlar Reyestrdə öz əksini tapıb. Bundan əlavə, yalnız mərkəzi və yerli icra hakimiyyəti orqanları deyil dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatlarının xidmətləri də Dövlət Xidmətlərinin Elektron Reyestrində əks olunacaq və vətəndaşlar vahid mənbədən bütün dövlət xidmətlərinə çıxış əldə edəcəklər.

Qeyd edək ki, “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə vasitəsilə dövlət xidmətlərini həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsinin ölçülməsi və inkişaf etdirilməsi, dövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin olunması, dövlət xidmətlərinə nəzarət və şikayət mexanizmlərinin inkişaf etdirilməsi, dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi təmin ediləcək.

1news.az

 

Paylaş:
425

Son xəbərlər

Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08
Bütün xəbərlər