Rusiyada “Microsoft” proqramları qadağan olunur! | 1news.az | Xəbərlər
Dünya

Rusiyada “Microsoft” proqramları qadağan olunur!

10:48 - 03 / 10 / 2016
Rusiyada “Microsoft” proqramları qadağan olunur!

Vladimir Putin xarici proqram təminatlarının ölkə büdcəsinə zərərini açıqladıqdan sonra Rusiyada “Microsoft”a qarşı “savaş” başlayıb.

1news.az Technote-yə istinadən xəbər verir ki, Rusiya bu mövzuda ilk addımı “Microsoft”u bazardan çıxarmaqla başlamaqda qərarlıdır.

Son məlumatlarda Rusiya ictimai qurumlarında “Microsoft”un “Outlook” xidməti qadağa olunaraq yerli mütəxəssislər tərəfindən hazırlanacaq e-mail tətbiqləri istifadə olunacağı bildirilib.

Bundan əlavə daha sonrakı dövrlərdə Rusiya mənşəli proqram təminatları qurularaq istifadəyə verilməsi haqda məlumatlar mövcuddur. Hətta bu mövzuda Rusiyada xarici proqram şirkətlərinin fəaliyyətini azaltmaq üçün vergilərin artırılması da nəzərdə tutulur.

1news.az

Paylaş:
577

Son xəbərlər

Bütün xəbərlər