Eyfel qülləsi bağlandı – Fransada 250-dən çox aksiya planlaşdırılır | 1news.az | Xəbərlər
Dünya

Eyfel qülləsi bağlandı – Fransada 250-dən çox aksiya planlaşdırılır

Qafar Ağayev17:43 - Bu gün
Eyfel qülləsi bağlandı – Fransada 250-dən çox aksiya planlaşdırılır

Fransada həmkarlar ittifaqlarının elan etdiyi ümummilli tətil səbəbindən Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qüllənin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, tətil səbəbindən Eyfel qülləsi bu gün fəaliyyət göstərməyəcək. Elektron bilet əldə etmiş ziyarətçilərdən elektron poçtlarını yoxlamaları xahiş olunub.

Fransanın daxili işlər naziri Loran Nunyes noyabrın 4-də ictimai asayişin qorunması üçün 70 min polis əməkdaşının cəlb ediləcəyini açıqlayıb.

Qeyd edək ki, Fransada etirazlar sentyabr ayında yuxarı sinif şagirdlərinin tətili ilə başlayıb, oktyabrda isə küçə iğtişaqlarına çevrilib. Həmkarlar ittifaqları noyabr ayında ölkə üzrə 250-dən çox nümayiş keçirməyi planlaşdırır.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər