Bakıda keçiriləcək növbəti Formula-1 yarışları üçün hazırlıqlara başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda keçiriləcək növbəti Formula-1 yarışları üçün hazırlıqlara başlanılıb

09:33 - 04 / 10 / 2016
Bakıda keçiriləcək növbəti Formula-1 yarışları üçün hazırlıqlara başlanılıb

Növbəti il üçün Bakıda keçiriləcək Formula-1 yarışları üçün hazırlıqlara start verilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, yarışların builki kimi iyunun 18-də başlanması nəzərdə tutulur:

“Lakin bu tarix hələ dəqiq deyil. Bununla bağlı müzakirələr aparılacaq və yarışın keçirilməsinin dəqiq tarixi dekabrın əvvəlində müəyyən ediləcək”.

N.Arpadarai bildirib ki, növbəti il yarışların keçirilməsinə hazırlıq işlərində həm vaxt, həm də maliyyə baxımından qənaət olunacaq:

“Beləki, bu il yarış üçün quraşdırılan bir sıra avadanlıqlar hələ sökülməyib, bir sıra avadanlıqlar isə hazır vəziyyətdə anbarlarda saxlanılır. Yəni bu dəfə bu avadanlıqların quraşdırılması üçün vaxt və maliyyə sərf edilməyəcək”.

N.Arpadarai yarışın keçirildiyi ərazidə yol tikintisi məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, yalnız yarış trekinə düşən Niyazi küçəsində qəmbər daşları üzərindən kəçilmiş aslaft örtüyü sökülüb, yarış trekinə düşən Gənclər meydanı 1 küçəsi ərazisində isə qəmbər daşları üzərinə çəkilmiş asfalt örtüyü hələ də qalmaqdadır: “Yəni yarış üçün yalnız Niyazi küçəsində qəmbər daşlarının üzərinə yenidən asfalt örtüyü çəkiləcək”.

Şöbə rəhbəri əlavə edib ki, ötən yay Formula-1-in Bakıya gəlişi “Odlar ölkəsində, sürət zirvəsində” devizi ilə baş tutdu və bu yarış devizə uyğun olaraq reallaşdı:

“Belə ki, Azərbaycanda ilk dəfə keçirilən Avropa Qran Prisi zamanı digər şəhər trekləri ilə müqayisədə Bakı şəhər halqasında ən yüksək sürət qeydə alındı”.

1news.az

Paylaş:
339

Son xəbərlər

Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23
Bütün xəbərlər