Külli miqdarda rus rublu ilə Rusiyaya getmək istəyən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda rus rublu ilə Rusiyaya getmək istəyən şəxs saxlanılıb

14:35 - 06 / 10 / 2016
Külli miqdarda rus rublu ilə Rusiyaya getmək istəyən şəxs saxlanılıb

Azərbaycandan Rusiyaya gedən şəxsdə külli miqdarda rus rublu aşkar edilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.

Məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiya Federesiyasına səyahət edən Azərbaycan Respublikası vətəndaşının  əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib. 

Yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5000-lik, 615 ədəd 1000-lik və 520 ədəd 500-lük əskinaslar olmaqla  ümumilikdə 2 milyon rus rublu aşkar edilərək götürülüb.

1news.az

 

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər