Masazır kəndində 4 nömrəli tam orta məktəbin açılışı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masazır kəndində 4 nömrəli tam orta məktəbin açılışı olub – FOTO

17:23 - 06 / 10 / 2016
Masazır kəndində 4 nömrəli tam orta məktəbin açılışı olub – FOTO

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 6-da Abşeron rayonunun Masazır kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan 4 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı və Fondun vitse-prezidenti Leyla Əliyevanı şagirdlər qarşıladılar.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova yeni inşa olunan məktəb barədə məlumat verdi. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan məktəb binasının tikintisinə 2015-ci ilin oktyabrında başlanılıb. Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa olunan təhsil ocağının həyətində geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Leyla Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər.

Məktəbin foyesində ulu öndər Heydər Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Abşeron rayonuna səfərləri, həmçinin təhsilə qayğılarını əks etdirən fotostend yaradılıb. Təhsil ocağı zəruri inventar və əyani vəsaitlərlə tam təchiz edilib. Burada ümumilikdə 36 sinif otağı var. Üçmərtəbəli 800 yerlik məktəbdə Azərbaycan və rus bölmələrində 646 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 38 müəllim məşğul olur.

Məktəbdə bufet və ümumi sahəsi 600 kvadratmetr olan idman zalı da yaradılıb. Təhsil ocağının 360 yerlik akt zalı müasir səviyyədə qurulub. Masazır kənd 4 nömrəli tam orta məktəbində müxtəlif fənn kabinetləri, o cümlədən hərbi, biologiya, fizika, informatika kabinetləri, kimya laboratoriyası və kitabxana fəaliyyət göstərəcək.

Qeyd edək ki, Heydər Əliyev Fondu təhsil sahəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələrini həyata keçirir. Bu layihələrin məqsədi ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, dövlətin təhsil siyasətinin həyata keçirilməsinə dəstək göstərməkdir. Son 11 ildə bu layihələr çərçivəsində ölkənin müxtəlif bölgələrində 420-dək məktəb binası inşa olunub və yenidən qurulub.

Sonda xatirə şəkli çəkdirilib.

1news.az

 

Paylaş:
679

Son xəbərlər

Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24
Bütün xəbərlər