Leyla Əliyeva Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionatda olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionatda olub

19:30 - 06 / 10 / 2016
Leyla Əliyeva Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionatda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub.

1news.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, Leyla Əliyeva burada yaşayan ahıllarla görüşüb, onlarla söhbət edib.

Pansionat sakinləri üçün musiqi proqramı təqdim olunub. Bildirilib ki, Leyla Əliyeva mütəmadi olaraq bu pansionata baş çəkir, ahılların arzu və ehtiyacları ilə maraqlanır.

Qeyd edək ki, Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 2013-cü ildə pansionatda tikilmiş yeni korpus istifadəyə verilib.

1news.az

Paylaş:
536

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər