C4ISR sistemi: amerikalılar Dağlıq Qarabağ separatçılarına “NATO-nun sinirini” verdilər – FOTO – VİDEO
Yaxın günlərdə bəlli olduğu kimi, Dağlıq Qarabağ rejiminin separatçıları fəal olaraq orduların təmas xəttini, həmçinin müasir C4ISR sistemini quraşdıraraq, bərkidirlər.
1news.az-ın verdiyi məlumatına əsasən, bu haqda müəllif Mikah Spanqler ABŞ nəşri olan “The National Interest”-də dərc olunan “Qarabağ yeni müharibəyə hazırdır” məqaləsində yazır.
Məqalədə, yeni sistemin əhəmiyyətli dərəcədə “düşmənin gözlənilməz hücum” ehtimalını aşağı salacağı qeyd edilir. Çünki bu sistem hətta mövqelərin dərinliyində hər-hansı bir hərəkəti təsbit edə biləcək və bu da işğalçı erməni güclərinə müdafiə və əks-hücuma hazırlaşmağa imkan verəcək.
Bununla yanaşı, separatçı rejimin nümayəndələri “bu ilin sonunadək daha bir müharibənin olmasını” istisna etmirlər.
Sabahın texnologiyaları
Məqalədə Dağlıq Qarabağ separatçılarını yeni döyüş sistemi ilə təchiz edənə birbaşa bağlantı yoxdur.
Lakin C4ISR sisteminin əsas istehsalçıları qismində ABŞ-ın Northrop Grumman və Lockheed Martin şirkətləri gedir.
Lockheed Martin şirkətinin saytından təsvir
The National Interest-də dərc olunan məqaləyə əsasən, artıq erməni tərəfin balansında mövcud olan yeni hərbi sistem nədir?
C4ISR-ın ingilis dilində abreviaturası “Command, Control, Communications, Computers, Intelligence, Surveillance and Reconnaissance” sözlərinin qısaltmasıdır.
Digər sözlərlə - “Məlumatın idarəsi, nəzarəti, əlaqəsi, yığılması və kompüter təhlili, müşahidə və kəşfiyyat”.
Sistemin adında avtomatlaşdırılmış funksiyalar sadalanır.
C4ISR - əməliyyat-strateji və ya əməliyyat səviyyəsi, digər sözlərlə, böyük rütbələrin və qərargahların səviyyəsidir.
C4ISR sistemləri deyəndə, özündə silahlı qüvvələrin döyüş idarəsi prosesinin texniki təminatı üçün zəruri olan subsistemləri birləşdirən, sistemlər anlaşılır.
İstehsalçılar tərəfindən “sabahın texnologiyası” adlandırılan və hərbi əməliyyatların şəraitini tamamilə dəyişdirən C4ISR kompleksi aşağıdakılara imkan yaradır:
- Avtomatik olaraq öz bölmələrinin yerini təsbit etmək;
- Avtomatik olaraq, elektron xəritələrdə əks olunmaqla, düşmənin yerini və hərəkətini təsbit etmək;
- Avtomatik olaraq orduların hərəkət marşrutunu seçmək;
- Avtomatik olaraq atəş zərbəsi vasitələrinə hədəf göstərmək;
- Avtomatik olaraq fasiləsiz öz bölmələrini qonşuların və düşmənlərin yeri və hərəkəti barədə məlumatlandırmaq;
- Məlumatın yığılmasının və təhlilinin tam avtomatlaşdırılması;
- Alınan kəşfiyyat datasının, həmçinin sərəncamda olan güc və vasitələr haqqında məlumat əsasında komandirə qərarların təklifi prosesinin avtomatlaşdırılması;
- Döyüşün və onun mümkün nəticələrinin modelləşdirilməsi;
- Cari vəziyyət əsasında döyüşdə komandirə fərdi qərarlar təklif etmək.
Beləliklə, С4ISR sistemi vahid məlumat məkanının yaradılmasına, adaptiv idarənin mümkünlüyünün təmin edilməsinə, döyüş güclərinin imkanlarının kompleksli istifadəsinə yardım edir.
Bu kompleks tərəfindən təqdim olunan texniki həllər öz imkanları ilə heyrətləndirir.
Qeyri-məhdud büdcəyə malik olduqda, sifarişçinin “istəyi” ilə bu komplekslər nəinki komanda məntəqələri, hətta kəşfiyyatçı təyyarələr və dronlarla təchiz oluna bilər.
Məsələn, istehsalçı olan Lockheed Martin şirkətinin saytında bu haqda kifayət qədər ətraflı məlumat var (burada baxın).
Texniki cəhətdən С4ISR sistemləri üç seqmentə bölünür:
- R&S kəşfiyyat və müşahidə vasitələri seqmenti;
- Əlaqə sistemləri və vasitələri seqmenti;
- C2 idarə sistemi seqmenti (Command and Control – ordu və silahların idarə edilməsi sistemi).
Northrop Grumman şirkətinin saytından təsvir
“NATO-nun siniri”
Mütəxəssislər qeyd edirlər ki, NATO-ya üzv-ölkələr də kosmik sistemlər, quru bölmələri, dəniz qüvvələri və müxtəlif aviasiya platformları arasında əlaqə təşkili strategiyalarının formalaşdırılmasında problemlərlə üzləşirlər.
Buna görə də C4ISR NATO əməliyyatlarının birləşdirici elementi qismində çıxış edir.
Təşkilatın saytında qeyd edildiyi kimi, C4ISR NATO gücünü və milli gücləri əməliyyat baxımından uyğun, çevik və vahid bir bütövə çevirən əməliyyat “siniridir”.
C4ISR sisteminin hazırlanması və tətbiqi üzrə Avropada gəlişmiş ölkələr – Almaniya, Böyük Britaniya və Fransa liderlik edirlər.
Onlardan sonra İtaliya, İspaniya, Niderland, Norveç və İsveç kimi ölkələr gəlir.
Kifayət maliyyə resurslarına malik olmayan Şərqi Avropa ölkələri bu siyahının sonunda yer alır.
Northrop Grumman şirkətinin saytından təsvir
Dağlıq Qarabağ separatçılarının hansı həcmdə və nə aldığı hələ məlum deyil.
Lakin The National Interest, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “İnterfaks”-a ABŞ-ın Azərbaycan və Ermənistana “məhdud miqdarda müdafiə silahı” verdiyini bildirəndən dərhal sonra, Dağlıq Qarabağ separatçılarının qanunsuz birləşmələrinin C4ISR sistemi ilə təchiz olunduğu barədə yazıb.
“Azərbaycanla bağlı bizim Konqresin qanunlaşdırılmış mandatı var, o bizə Dağlıq Qarabağ münaqişəsində hücum üçün istifadə oluna biləcək silah təchizinə imkan vermir. Beləliklə, biz silah (hücum üçün) təchizatçısı deyilik”, - deyə Uorlik bildirib.
Maraqlıdır, bəs hansı əməkdaşlıq çərçivəsində separatçılar ən müasir silahlanma növü alır?
Separatçıları kim silahlandırır?
Böyük ehtimalla, güman etmək olar ki, amerikalılar Ermənistan və Dağlıq Qarabağ separatçılarının orduları arasında fərq qoymur.
Bunu həm də, “Dağlıq Qarabağ ordusu adında anlayış yoxdur” deyən amerikalı diplomat Riçard Kozlariç də təsdiq edir.
“Bu Ermənistan ordusu ilə inteqrasiya etmiş silahlı birləşmələrdir. Beləliklə, Ermənistan nə alırda, Qarabağ da onu alır. Qarabağ ordusunun ABŞ silahları almaq üçün başqa yolu yoxdur”, - deyə Kozlariç qeyd edib.
Son söz əvəzi
Bu məqalənin sonunda xatırlatmaq istərdik ki, bu yaxınlarda Ermənistana Rusiyanın ən müasir “İsgəndər” komplekslərinin verilməsi məlum oldu.
Hal-hazırda Rusiyadan sonra, ərazisində “İsgəndər” raket kompleksi olan daha iki KTMT ölkəsi var – Belarusiya və Ermənistan.
Bundan başqa, həm Minsk, həm də İrəvan bu komplekslərin ölkənin silahlı qüvvələri sırasında olmaları barəsində danışıqlar aparırdı, lakin Belarusiyaya dair Moskva bu silahın yalnız birləşmiş qruplaşmanın daxilində olmasına razılıq verib.
Ermənilər üçün belə yüksək səviyyəli “ekslyüzivliyin” nə ilə bağlı olduğu sirr olaraq qalır.
Lakin yuxarıda qeyd olunan təchizatlar istər-istəməz ötən əsrin tarixini xatırladır.
O dönəm, nəticədə Osmanlı imperiyasının və Azərbaycan türklərinə qarşı yönəmiş, “erməni başkəsənlərin dəlicəsinə maliyyələşdirilməsi və silahlandırılması” müşahidə olunurdu.
O vaxt – 19-cu əsrin sonları – 20-ci əsrin əvvəlləri, dinc əhalinin qətlinə hazırlaşmaya yönəlmiş maliyyə təminatının həcmlərinin ən gözəçarpan gösətəricisi, minlərlə hay boyeviklərindən ibarət olan hərbi qruplarının 20-ci əsrin ən müasir odlu silahı olan “Mauzer” tapançaları ilə təchiz olunmasıdır.
Bu silah 1896-cı ildə Almaniyada istehsal olunmuş və dərhal dünyanın ən güclü avtomatik tapançası adını almışdı.
“Mauzer” tapançasının yüksək qiymətə satıldığı isə ayrı bir maraqlı faktdır. Bir tapança, Almaniyada istehsal olunan “Opel” markalı avtomobildən daha bahalı idi. Əgər “Opel”-in qiyməti o dönəm 3500-4000 marka cıvarında idisə, “Mauzer” tapançasının qiyməti 5000 marka təşkil edirdi.
Seriya istehsalına başlanılan kimi bu ən yeni, güclü və bahalı silahın böyük həcmlərdə alınaraq 10 minlərlə hay boyeviklərinin silahlandırılmasına yönəldilməsi faktı, mübahisəsiz və təkzibedilməz olaraq erməni siyasi təşkilatlarının praktiki olaraq qeyri-məhdud maliyyə imkanlarına malik olmasını sübut edir.
“İstisnalıq” və “mükəmməllik” ideologiyaları ilə ilhamlanan həmin təşkilatlar isə, öz növbəsində, Türkiyə ərazinin silahlı işğalı ilə bağlı strateji planlarının həyata keçirilməsi və müsəlman əhalinin qətlə yetirilməsi yolu ilə bölgənin etniki xəritəsini dəyişmək niyyətində idilər.
Paralel duyulur. Elə deyil mi?
1news.az