İlham Əliyev Qətər əmirinə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Qətər əmirinə başsağlığı verib

20:30 - 25 / 10 / 2016
İlham Əliyev Qətər əmirinə başsağlığı verib

Prezident İlham Əliyev Qətər Dövlətinin əmiri əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Əlahəzrət,

Qətər Dövlətinin keçmiş Əmiri, babanız şeyx Xəlifə bin Həməd Al Taninin vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin üzvlərinə, bütün Qətər xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

1news.az

Paylaş:
973

Son xəbərlər

Bütün xəbərlər