"Crescent Mall"da nə baş verib? – Açıqlama

Bakıda fəaliyyət göstərən Crescent Mall ticarət mərkəzinin bəzi hissələrində müvəqqəti olaraq xoşagəlməz qoxu hiss olunub.
1news.az xəbər verir ki, bu barədə Crescent Mall-dan məlumat verilib.
Bildirilib ki, yaranmış texniki problem artıq tamamilə aradan qaldırılıb. Hazırda ticarət mərkəzinin havalandırma sistemi maksimum rejimdə işlədilir və daxili mühitin normal vəziyyətə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Ticarət mərkəzinin rəhbərliyi yaranmış narahatlığa görə ziyarətçilərdən üzr istəyib, anlayış və səbrlərinə görə təşəkkür edib.

116












