Azərbaycan vətəndaşının daxili orqanında heroin aşkar edildi
İrandan Azərbaycana daxili orqanında narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.
Məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) bir ədəd bükümdə, xalis çəkisi 17,785 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az
514