Bu il qanunsuz ov edən 153 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il qanunsuz ov edən 153 nəfər saxlanılıb

12:27 - 26 / 10 / 2016
Bu il qanunsuz ov edən 153 nəfər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən 2016-cı ilin 10 ayı ərzində “Ovçuluq haqqında” və “Heyvanat aləminin mühafizəsi haqqında” qanunların tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısını almaq məqsədilə reydlər keçirilib.

1news.az nazirliyə istinadən xəbər verir ki, reydlər zamanı qanunsuz ovla məşğul olan 137 yerli vətəndaş saxlanılıb, onlardan 119 ov tüfəngi, 415 patron, 17 baş qanunsuz ovlanmış quş götürülüb.

Eyni zamanda Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz və Quba inzibati rayonlarının ərazisində və “Ağgöl” Milli Parkında qadağan olunmuş alətlərlə (tələ, cələ, ilgək) qanunsuz ov edən 16 əcnəbi (Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Pakistan, İraq və Suriya) vətəndaş saxlanılıb və onlardan ov məqsədilə istifadə etdikləri quşlar götürülərək təbiətə buraxılıb.

İnzibati xəta törətmiş qanun pozucuları barəsində protokol tərtib olunaraq, ümumilikdə 144 nəfər inzibati qaydada 162600 manat məbləğində cərimə edilib. Sənəd təqdim etməyən 9 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti Rayon Polis Şöbələrinə müraciət olunub.

Qanunsuz ov edən xarici vətəndaşların ölkə ərazisindən çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.

Hazırda ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

1news.az

Paylaş:
571

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər