Rodriqo Maya fəxri diplomla təltif edildi | 1news.az | Xəbərlər
Rəsmi

Rodriqo Maya fəxri diplomla təltif edildi

18:31 - 31 / 10 / 2016
Rodriqo Maya fəxri diplomla təltif edildi

Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalanıb.

1news.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncamdan aşağıdakılar qeyde edilib:

“Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

1news.az

Paylaş:
761

Son xəbərlər

Bütün xəbərlər