PAŞA Sığorta şirkətindən yenilik | 1news.az | Xəbərlər
İqtisadiyyat

PAŞA Sığorta şirkətindən yenilik

17:15 - 01 / 11 / 2016
PAŞA Sığorta şirkətindən yenilik

PAŞA Sığortada artıq sığorta şəhadətnaməsi üzrə ödənişi bir neçə saniyədə daha asan yolla həyata keçirmək imkanı yarandı.

Artıq PAŞA Sığorta şirkətinin müştəriləri İcbari sığorta şəhadətnaməsi üzrə ödənişləri həyata keçirmək üçün onlara daha uyğun olan ödəniş vasitəsindən istifadə edə bilərlər:

Express Pay ödəniş terminalları. PAŞA Sığorta şirkətinin bütün ofislərində Express Pay terminalları mövcuddur və İcbari sığortalar üzrə ödənişi ofisdən kənarlaşmadan asan şəkildə heyata keçirmək mümkündür.

Rəsmi internet səhifə. İstifadəçilər www.pasha-insurance.az saytına daxil olaraq Online Sığorta Ödənişi panelinə klik edib Hökümət Ödəniş Portalı sisteminə daxil olaraq ödəniş edə bilərlər. Həmçinin müştərilər Şəxsi Kabinet bölümünə daxil olaraq orada öz şəhadətnamələrini yoxlaya və ya çap edə bilərlər.

• Azərpoçt məntəqələri

• Bank ofisləri

• ASAN xidmət məntəqələri

Qeyd edək ki, müştərilər 1 noyabr tarixindən bu imkanlardan yararlana bilirlər.

Əlavə etmək lazımdır ki, PAŞA Sığorta şirkətinin elektron sığorta müqaviləsinin əsas üstünlüklərindən biri budur ki, sığorta haqqı ödənildikdən dərhal sonra şəhadətnamə qüvvəyə minəcək və bununla müştəri öz vaxtına qənaət edərək şəhadətnamənin qüvvəyə minməsini gözləməkdən azad olur.

PAŞA Sığorta şirkəti ümid edir ki, istifadəçilər şirkətin yaratdığı bu imkandan məmnun qalacaqlar.

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Paylaş:
892

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər