İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən 70 nəfərə yardım edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən 70 nəfərə yardım edilib

21:34 - 01 / 11 / 2016
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən 70 nəfərə yardım edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən cari ildə 70 nəfər şəxs ehtiyac duyduqları yardımlarla təmin olunub.

1news.az-ın məlumatına görə, onlardan 50 nəfərini DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları, 20 nəfərini isə qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş və ya fərdi olaraq müraciət etmiş, insan alverinin qurbanına çevrilmək təhlükəsi olan insanlar təşkil edib.

Ümumilikdə 70 nəfər şəxs mərkəzin xidmətləri ilə əhatə olunub və onlardan bir çoxuna ehtiyacları nəzərə alınmaqla eyni vaxtda bir neçə növdə yardımlar göstərilib. Ümumilikdə 30 nəfərə hüquqi, 36 nəfərə psixoloji, 13 nəfərə tibbi yardım göstərilməsi təmin edilib. 31 nəfərin məşğulluğuna, 15 nəfərin peşə hazırlığına cəlb olunmasına müvafiq köməklik edilib.

Qeyd olunan insanların əksəriyyətinin sosial reabilitasiyasına nail olunub, eləcə də insan alverinin qurbanına çevrilmək təhlükəsi aradan qaldırılıb. İnsan alveri qurbanlarının və insan alverinin qurbanına çevrilmək təhlükəsi ilə üzləşmiş şəxslərin bir hissəsi ilə işlər isə davam etdirilir.

İnsan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması tədbirləri də həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən, mərkəz ölkəmizin bölgələrində yerləşən peşə məktəbi və liseylərdə, gənclər və idman idarələrində, cəzaçəkmə müəssisələrində “İnsan alverinə qarşı mübarizə” mövzusunda  maarifləndirici  tədbirlər  həyata  keçirib.

Tədbirlərin iştirakçılarına insan alveri və insan alverinə qarşı  mübarizə,  İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti və s. barədə məlumatlar verilib. Onlara buklet və kitabçalar, aidiyyəti mövzuda sosial çarxı əks etdirən disklər təqdim olunub. Həmçinin sərhəd-nəzarət buraxılış məntəqələrinə insan alveri ilə mübarizə mövzusunda məlumat xarakterli kitabçalar, bukletlər paylanıb, həmin məntəqələrdə bu mövzuda posterlər quraşdırılıb.

1news.az

 

Paylaş:
427

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər