13 nəfərin velosipedini oğurlayan Bakı sakini ələ keçdi
Velosiped oğurluğu ilə məşğul olan paytaxt sakini polislər tərəfindən saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 17-də Bakı şəhər sakini Dövlət Kazımova məxsus velosipedi oğurlamaqda şübhəli bilinən paytaxt sakini Zaur Süleykin tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi Aleksandr Qavryuşinlə birgə iyul-oktyabr ayları ərzində paytaxt sakinləri olan daha 12 nəfərə məxsus velosipedləri oğurlamaları da müəyyən edilib.
1news.az
1027