Bərdədə 4 nəfər oğurluq etdikləri həmkəndlilərinin evini yandırıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə 4 nəfər oğurluq etdikləri həmkəndlilərinin evini yandırıblar

15:16 - 03 / 11 / 2016
Bərdədə 4 nəfər oğurluq etdikləri həmkəndlilərinin evini yandırıblar

Bərdə rayonunda 4 nəfər oğurluq etdikləri həmkəndlilərinin evini yandırıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, noyabrın 1-də Bərdə rayonunun Saatlı kəndində yaşayan İbrahim Abbasovun evindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlanmış, habelə ev qəsdən yandırılmışdır.

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Murad Abbasov, Müslüm Qasımov, Dinar Xasaylı və İslam Qəmbərov tutulublar.  

Faktla əlaqədar  cinayət işi başlanılıb.

1news.az

Paylaş:
467

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər