Prezident iki ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident iki ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

15:26 - 05 / 11 / 2016
Prezident iki ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Genti Qazhelinin etimadnaməsini qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev noyabrın 5-də Eritreya Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Petros Tseqqai Asghedomun etimadnaməsini də qəbul edib.

1news.az

 

Paylaş:
933

Son xəbərlər

Bütün xəbərlər