Şahbuz Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib | 1news.az | Xəbərlər
Rəsmi

Şahbuz Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

18:12 - 08 / 11 / 2016
Şahbuz Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Prezident İlham Əliyev R.Q.Babayevin Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Rafael Qəzənfər oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

Bundan əlavə, dövlət başçısı Nurəddin Beytulla oğlu Quliyevin Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsilə bağlı digər sərəncamı imzalayıb.

1news.az

Paylaş:
1593

Son xəbərlər

Bütün xəbərlər