Bakıda daha bir marşrut xətti “Baku Bus”a verildi
Bakı Nəqliyyat Agentliyi 21 nömrəli avtobus xəttinin istifadə hüququnu 3 saylı “Bakı Avtonəqliyyat Müəsissəsi”ndən alaraq “Baku Bus” MMC-nin istifadəsinə verib.
1news.az Agentliyə istinadən xəbər verir ki, bu gündən etibarən 21 nömrəli marşrutun hərəkəti dəyişdirilərək “28 May” metro stansiyası – Aleksandr Sergeyivic Puşkin küçəsi – Neftçilər prospekti – Nobel prospekti – “Əhmədli” metro stansiyası olmaqla müəyyən edilib.
Avtobusların hərəkət cədvəli səhər saat 6:00-dan gecə saat 12:00-a qədərdir. 21 nömrəli “Baku Bus” avtobuslarında gediş haqqının ödənilməsi nəğd pulla deyil, yalniz BakıKart vahid ödəniş kartları ilə həyata keçirilir.
14 saylı marşrut xətti ilə 21 saylı marşrut xəttinin trayektoriyası bəzi dayanacaqlarda təkrarlandığı üçün 14 saylı marşrut xəttinin son dayanacağı dəyişdirilərək metronun “28 May” stansiyasiyası müəyyənləşdirilib. 14 saylı marşrut xətti artıq bu gündən etibarən metronun “Xətai" stansiyasındakı dayanacağa daxil olmayacaq.
Qeyd edək ki, avtobus xəttinin “ BakuBus” MMC-yə verilməsinin səbəbi 21 nömrəli avtobus xətti ilə bağlı Bakı Nəqliyyat Agentliyinə daxil olan şikayətlərdir.
1news.az