Sabah hava küləkli və yağışlı olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah hava küləkli və yağışlı olacaq

14:48 - 19 / 11 / 2016
Sabah hava küləkli və yağışlı olacaq

Noyabrın 20-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, şimal-şərq küləyi əsəcək, havanın temperaturunun yarımadada gecə 4-7, gündüz 8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 779 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

1news.az

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər