“WhatsApp” istifadəçilərinə xəbərdarlıq
Hakerlər “Emirates” şirkətinin reyslərinə pulsuz biletlər söz verərək fərdi informasiyanı toplayırlar. İstifadəçiyə “Emirates” şirkəti ilə uçuşlar təcrübəsi haqda bir neçə suala cavab vermək və anketi 10 “WhatsApp” istifadəçisi ilə bölüşmək təklif edilir.
1news.az ICTnews-a istinadən xəbər verir ki, şərtləri yerinə yetirdikdə “uduş”a görə təbrik edilir və "mükafat"ın rəsmiləşdirilməsi üçün aviaşirkətin saytına keçmək təklif olunur.
Reallıqda isə istinad kənar saytadır və istifadəçi "təşkilatçılarla əlaqə yaratmaq üçün" mobil telefonunun nömrəsini qeyd etməlidir. Nömrə bahalı SMS xidmətlərə abunə üçün istifadə ediləcək.
Ekspertlər ingilis, alman, ispan və portuqal dillərində spam göndərmələr və müvafiq saytlar aşkar ediblər.
İstifadəçilərə “WhatsApp” messencerində spama məhəl qoymamaq, belə "aksiyalarda" iştirak etməmək və şübhəli saytlarda fərdi informasiyanı daxil etməmək tövsiyə edilir.
1news.az