Bakıda saxta pul satan iki nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda saxta pul satan iki nəfər saxlanılıb

13:00 - 26 / 11 / 2016
Bakıda saxta pul satan iki nəfər saxlanılıb

Bakıda saxta əskinaz satan şəxslər saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə kİ, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Taleh Naibov və Ukrayna vətəndaşı Valentina Bilık 19 ədəd 500 avroluq saxta əskinası satarkən saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanıb.

1news.az

Paylaş:
1012

Son xəbərlər

Bütün xəbərlər