Yeni attestatlarda buraxılış imtahanlarının nəticələri balla yazılacaq - YENİLİK | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni attestatlarda buraxılış imtahanlarının nəticələri balla yazılacaq - YENİLİK

16:46 - 28 / 11 / 2016
Yeni attestatlarda buraxılış imtahanlarının nəticələri balla yazılacaq - YENİLİK

Azərbaycanda həm ümumi orta, həm də tam orta təhsil pilləsini bitirənlərə attestat veriləcək.

1news.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya açıqlamasında deyib.

O bildirib ki, artıq şəhadətnamə olmayacaq və IX-XI sinfi bitirən şagirdlərə veriləcək sənəd attestat adlanacaq.

Onun sözlərinə görə, şəhadətnamənin ləğv edilərək tam orta və ümumi orta təhsil səviyyələri üzrə yalnız attestatın verilməsi təkmilləşdirmənin nəticəsidir:

“Yeni attestatlar əvvəlki təhsil sənədlərindən daha da rahatdır. Attestatların forması və içərisinin məzmunu dəyişilib. Sənədin məzmunu daha səlis və rahat formada yazılacaq. Təhsil sənədlərində bu kimi dəyişikliklərin edilməsinin gələcəkdə vahid imtahanın tətbiq olunmasına heç bir aidiyyatı yoxdur”.

A.Əhmədov qeyd edib ki, yeni attestatlarda buraxılış imtahanlarının nəticələri qiymətlə yox, balla yazılacaq. Nazirlik rəsmisi əlavə edib ki, attestatda yekun qiymət hissəsi 2 yerə bölünüb ki, onlardan biri illik, digəri isə buraxılış imtahanı qiymətidir:

“Bu tədris ilinin sonunda kurikuluma əsasən tədrisini başa vuracaq IX sinif məzunlarının buraxılış imtahanlarındakı fənlər üzrə nəticələri attestatda balla qeyd olunacaq. Gələcəkdə bu proses digər siniflərdə də tətbiq ediləcək. IX sinifdə buraxılış imtahanı 2 fəndən - Tədris dili (Ana dili, Rus dili) və Riyaziyyat üzrə keçirilir. Amma illik qiymət bütün fənlərdən çıxarılır. Əvvəllər buraxılış imtahanın nəticələri qiymətlə - “2”, “3, “4” və “5” yazılırdı. Amma yeni attestatlarda buraxılış imtahanı keçirilən fənlər üzrə qiymətlər balla yazılacaq. Qiymətlərin bala uyğun olaraq necə hesablanacağı hələlik məlum deyil. Amma 100 ballıq sistemdə “4”, “5” və digər qiymətlərin hansı bala uyğun tutulacağına dair ayrıca təlimat olacaq. İlik qiymət isə elə əvvəlki qaydada yazılacaq”.

Təmayülləşməyə gəlincə, A.Əhmədov qeyd edib ki, bu proses tam orta təhsil səviyyəsinə aid edilir. Onun sözlərinə görə, ümumi orta təhsildən sonra tam orta təhsil səviyyəsində təmayülləşmə təmin olunur:

“Uşaqların marağı,  arzu və istəklərinə görə təhsilləri təmayüllər üzrə təşkil edilir. Burada onların tədris planındakı fənlər ənənəvi tədris planlarına nisbətən az olur. Tam orta təhsil haqqında attestatda “Təhsil aldığı təmayül” qrafasında şagirdin bitirdiyi sinfin təmayül istiqaməti qeyd olunacaq.

Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlər üzrə tam orta təhsil haqqında attestata isə şagirdlərin IX sinfə kimi bu fənlərdən aldığı qiymətlər yazılacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nı yeni redaksiyada təsdiq edib. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir.

1news.az

Paylaş:
666

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər