Azərbaycan və CISCO arasında yeni əməkdaşlıq perspektivləri müzakirə olunub. | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və CISCO arasında yeni əməkdaşlıq perspektivləri müzakirə olunub.

20:36 - 28 / 11 / 2016
Azərbaycan və CISCO arasında yeni əməkdaşlıq perspektivləri müzakirə olunub.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ABŞ-ın məşhur CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanser ilə görüşüb.

1news.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, görüşdə şirkətlə yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, mövcud potensialdan səmərəli istifadə ilə bağlı irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsində həyata keçirilən dövlət siyasətindən söz açan nazir Ramin Quluzadə sahə üzrə perspektiv planlar və prioritet istiqamətlər barədə danışıb.

Azərbaycanla qurulan əməkdaşlıqdan məmnunluğunu ifadə edən Maykl Qanser tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən, o cümlədən şirkətinin Azərbaycanın rəqəmsallaşdırılması layihəsi ilə bağlı ideyasından söz açıb.

Qafqaz regionunda ilk Tier-III səviyyəli Data mərkəzin Azərbaycanda tikintisi ilə bağlı avadanlıq, proqram təminatı, texniki həll yolları məsələlərinin CISCO şirkətinə də həvalə olunmasına görə təşəkkürünü bildirib.

Daha sonra ölkə üçün strateji informasiya texnologiyaları layihələri, kibertəhlükəsizlik, mütəxəssislərin informasiya texnologiyaları sahəsində bacarıqlarının inkişafı üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, CISCO şirkəti Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir.

1news.az

Paylaş:
505

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər