Mübariz Əhmədoğlu: Ermənistan rəhbərliyi sənədi sonadək oxumaq qədər savadlı deyil | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan rəhbərliyi sənədi sonadək oxumaq qədər savadlı deyil

11:15 - 28 / 11 / 2016
Mübariz Əhmədoğlu: Ermənistan rəhbərliyi sənədi sonadək oxumaq qədər savadlı deyil

Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatların təhlili Ermənistan prezident aparatının, Xarici İşlər Nazirliyinin rəhbərliyinin davranışı, intellekti barədə də müəyyən nəticələrə gəlməyə əsas yaradır.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyəti şərh edərkən bildirib:

“Təbii ki, təbliğat müəyyən şablon tələb edir. Yəni təxminən iki ildir bütün erməni rəsmilərinin, erməni siyasətçilərinin Türkiyəyə qarşı bir şablonu var ki, Türkiyənin Dağlıq Qarabağ məsələsində nə işi var. Belə deyək. Ona bənzər şablonlar Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı mövcuddur. Amma Dağlıq Qarabağ prosesində intensiv olduğu üçün ermənilər bəzən bu şablonları dəyişirlər və ya 3-4 şablondan istifadə edirlər. Hal-hazırda ən işlək şablon “Vyana və Sankt-Peterburq razılaşmaları yerinə yetirilməyənə qədər yeni danışıqlar başlanmayacaq” şablonudur. Ermənistan Vyana və Sankt-Peterburq razılaşmaları dedikdə A.Kaspşikin missiyasının genişləndirilməsini və insidentlərin tədqiqi mexanizmlərinin tətbiqini başa düşür.

Prezidentlərin Vyana görüşü barədə ATƏT MQ həmsədrlərinin yaydığı bəyanatdan bəlli olur ki, çağırış olunan məsələ təkcə atəşkəs rejiminin tədqiqi mexanizminin tətbiqi və ya Kaspşikin missiyasının genişləndirilməsi deyil, həm də İtkin düşənlərin siyahısının Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə dəqiqləşdirilməsidir. Sadəcə Ermənistan rəhbərliyi bu sənədi axıra qədər oxumayıb. Yalnız özünə lazım olan hissəsini oxuyub. Ona görə də elə başa düşürlər ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi xətti ilə itkin düşənlərin siyahısını dəqiqləşdirməsi məsələsi orada yazılmayıb və ən qəribəsi budur ki, ermənilər elə başa düşürlər ki, onlar bunu görməyiblərsə, demək Azərbaycanda və beynəlxalq ictimaiyyətin digər hissəsində də bu məsələni görməyiblər”.

Politoloq qeyd edib ki, Sankt-Peterburq görüşü barədə yayılan bəyanatda əsas tezis “Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll yolu ilə tənzimlənməlidir”-tezisidir:

“Azərbaycanın rayonları mərhələ-mərhələ qayıdır. Dağlıq Qarabağa aralıq status verilir. Azərbaycanlılar da mərhələ-mərhələ işğaldan azad olunmuş ərazilərə qayıdır. O cümlədən Dağlıq Qarabağın özünə oradan deportasiya olunmuş azərbaycanlılar qayıdır. Son mərhələdə Dağlıq Qarabağın statusu müəyyən olunur. Ermənilərə sərf etmədiyi üçün bunu da görmürlər. Elə təqdim edirlər ki, guya bu görüşdə də əsas fikir  Vyana görüşündə razılaşmalarla bağlı deyilən fikirdir.

Ermənilərin Helsinki Yekun Aktının prinsiplərinə intellektual münasibəti az qala faciəvidir. Belə görünür ki, Ermənistan rəhbərliyində bu həcmdə sənədi oxuyub axıra qədər başa düşən mütəxəssis və ya rəhbər yoxdur.  Ona görə də Helsinki Yekun Aktının maddələri ilə bağlı müxtəlif təfsirlər verirlər. Helsinki Yekun Aktının 8-ci maddəsinin tələbinə görə xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipi reallaşarkən beynəlxalq hüququn digər prinsiplərini yəni ərazi bütövlüyü və güc tətbiq etməmək prinsiplərini poza bilməz. Bir az da aydın desək, xalqlar öz müqəddəratını təyin edərkən zora əl atmamalı, hərbin iştirakına şərait yaratmamalıdır”.

M.Əhmədoğlunun fikrincə, xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipi reallaşarkən Azərbaycanın ərazi bütövlüyü prinsipi pozulmamalıdır:

“Ermənilər bu kontekstdən baxanda Helsinki Yekun Aktının iki tələbini ciddi surətdə pozublar: a) Ermənilər xalqların öz müqəddəratını təyinetmə prinsipini reallaşdırarkən gücdən istifadə edərək avtoxton əhali olan azərbaycanlıları deportasiya ediblər və bu gündə o hərbi güc Azərbaycanın işğal olunmuş ərazilərindədir.

b) Ermənilər bu işi Azərbaycanın ərazi bütövlüyünü pozmaq qəsdi ilə ediblər. İndi də həmin fəaliyyəti davam etdirirlər.

S.Sərkisyanın beynəlxalq hüquq barədə təsəvvürləri daha faciəvi görüntü yaradır: Ərazi bütövlüyü prinsipi dövlətin (Azərbaycan) xarici, Xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipi isə daxili siyasəti üçündür.

Şavarş Koçaryan klounluq etməklə diqqəti S.Sərkisynın intellektual şikəstliyindən yayındırmaq istəyir: Azərbaycanın ərazi bütövlüyünün Dağlıq Qarabağ məsələsinə aidiyyatı yoxdur. Dərhal aydın olur ki, özünü BMT-nin keçmiş SSRİ respublikalarını üzv qəbul etməklə bağlı qərarından xəbərsiz kimi göstərir. Amma o da dəqiq məlumdur ki, Ş.Koçaryanın beynəlxalq praktikada özünə möhkəm yer tutmuş “Uti possidetis” prinsipini qavramağa intellekti çatmır.

Erməni elitası həqiqətən savadlı olsaydı mifə inanmazdılar, özlərinin tarixini də yaxşı öyrənib, oradan düzgün dəqiq nəticələr çıxarardılar. Ola bilər, tarix ermənilərə belə bir fürsəti verməsin. Çünki indi qloballaşma dövrüdür, proseslər çox sürətlə gedir və erməni rəhbərliyinin indiki səhvi erməni xalqının tarixində geri dönməz dəyişikliklər yarada bilər”.

1news.az

Paylaş:
665

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər