Sabah Bakıda və Abşeronda leysan gözlənilir - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakıda və Abşeronda leysan gözlənilir - XƏBƏRDARLIQ

12:23 - 03 / 11 / 2025
Sabah Bakıda və Abşeronda leysan gözlənilir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 4-ü səhərdən 5-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında noyabrın 4-dən 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

Paylaş:
167

Son xəbərlər

Bütün xəbərlər