Bu ilin I yarısında icra olunan koxlear implantasiya əməliyyatının sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin I yarısında icra olunan koxlear implantasiya əməliyyatının sayı açıqlanıb

Qafar Ağayev10:35 - Bu gün
Bu ilin I yarısında icra olunan koxlear implantasiya əməliyyatının sayı açıqlanıb

Bu ilin birinci yarısında eşitmə qabiliyyətinin bərpası üçün 66 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı icra olunub.

Bu barədə 1news.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, koxlear implantasiya eşitmə itkisi olan şəxslərdə eşitmənin bərpası üçün tətbiq olunan ən müasir və effektiv tibbi üsullardan biridir. Əməliyyat anadangəlmə ağır dərəcəli ikitərəfli eşitmə azlığı olan uşaqlara və eşitmə cihazlarından fayda görməyən, ikitərəfli ağır eşitmə itkisi olan şəxslərə icra edilir. Uşaqlarda yaş həddi 5 yaş (nitq qabiliyyəti yoxdur), böyüklərdə isə bu hədd 65 yaş kimi müəyyən edilir.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər