Prezident sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması ilə bağlı fərman imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması ilə bağlı fərman imzalayıb

20:09 - 01 / 12 / 2016
Prezident sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması ilə bağlı fərman imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsi və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.

1news.az Azərtac-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan şəhərlər və rayon inzibati ərazi vahidlərinin mərkəzi olan qəsəbələrdə tikinti aparılması üçün yararlı olan torpaq sahələrini müəyyən etmək məqsədi ilə, həmin şəhər və qəsəbələrin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələri kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) bir il müddətində təsdiq edib Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş torpaq sürüşməsi olan ərazilərin elektron xəritələrinin bir ay müddətində, elektron xəritələrin isə həmin xəritələrin təsdiq edilməsindən sonra on gün müddətində öz rəsmi internet səhifələrində (ArcGİS proqramında mdb formatda) yerləşdirilməsini təmin etməlidir.

Öz növbəsində yerli icra hakimiyyəti orqanları Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş torpaq sürüşməsi olan ərazilərin elektron xəritələrinin müvafiq şəhər və rayon inzibati ərazi vahidlərinə aid hissəsinin bir ay müddətində, elektron xəritələrin müvafiq şəhər və rayon inzibati ərazi vahidlərinə aid hissəsinin isə həmin xəritələrin təsdiq edilməsindən sonra on gün müddətində öz rəsmi internet səhifələrində (ArcGİS proqramında mdb formatda) yerləşdirilməsini təmin etməlidir.

1news.az

Paylaş:
712

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər