Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ Rusiyanın yeni xarici siyasət konsepsiyasında öz əksini tapıb | 1news.az | Xəbərlər
Siyasət

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ Rusiyanın yeni xarici siyasət konsepsiyasında öz əksini tapıb

14:52 - 05 / 12 / 2016
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ Rusiyanın yeni xarici siyasət konsepsiyasında öz əksini tapıb

Rusiyanın yeni xarici siyasət konsepsiyası. 2013-2016-cı illər xarici siyasət konsepsiyalarının müqayisəli təhlili.

Dekabrın 1- i elan edilən Rusiyanın xarici siyasət konsepsiyası maraqlı məqamları ilə diqqəti cəlb edir. Ümumillikdə, bu konsepsiyada yer alan dəyişikliklər son 3 ildə baş verən beynəlxalq amillər ilə sıx bağlıdır. Moskva ABŞ-ın provokasiyalarına ciddi şəkildə cavab verəcəyini elan edir. Eləcə də, sənəddə  ilk dəfə olaraq  Suriya və İŞİD haqqında cümlələrə rast gələ bilərik. Digər maraqlı məqam şimal qonşumuzun  Ukraynanı prioritetlər siyahısında görməməsindədir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ Rusiyanın yeni xarici siyasət konsepsiyasının “regional prioritetlər” bölməsində öz əksini tapıb.  Bu bölmədə bildirilir ki, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri kimi münaqişənin həllində 2009- 2013 –cü illərdə Rusiyanın, ABŞ-ın və Fransanın prezidentlərinin birgə bəyanatlarında nəzərdə tutulan prinsipləri  əsas tutaraq fəaliyyət göstərir. Əlbəttə ki, 3 il əvvəldən fərqli olaraq indi Dağlıq Qarabağ və MDB dövlətlərindəki digər münaqişələrin prioritet kimi göstərilməsi dünyada və regionda gedən siyasi proseslər ilə bağlıdır.

2013-cü ilin xarici siyasət konsepsiyasında olduğu kimi, yeni konsepsiyada da Avropa Birliyi və MDB dövlətləri ilə münasibətlər prioritet kimi göstərilmişdir.  MDB dövlətləri içərisində, xüsusiylə Ukrayna, Gürcüstan və Moldovanın adları çəkilmişdir.  Sənəddə deyilir ki, Rusiya Ukraynanın daxilindəki münaqişənin siyasi – diplomatik yolla həllini tapması üçün lazımı səylərini göstərəcəkdir.  2013 – cü ildə Ukrayna prioritet ölkə kimi göstərilmişdir.

Sənəddə qeyd olunmuşdur ki, Rusiya Gürcüstan ilə münasibətlərin normallaşmasında maraqlıdır.  Eyni zamanda Rusiya müasir demokratik dövlətlər kimi  Cənubi Osetiya və Abxaziya dövlətlərinin inkişaflarına səy göstərəcəkdir.

Konsepsiyada göstərilir ki, Rusiya Moldovanın ərazi bütövlüyünü tanıyır, amma bir şərtlə. O şərtlə ki, Dnestryanı ərazinin xüsusi status alması mümkün olsun .

Avropa Birliyi ilə münasibətlər də “prioritelər” siyahısından çıxarılmışdır. 2013-cü il xarici siyasət konsepsiyasına nəzər yetirsək görərik ki, orada  Rusiyanın Avropa sivilizasiyasının bir hissəsi olduğu qeyd olunur, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişinin imzalanması planlaşdırılırdı. Eyni zamanda, Atlantik okeandan Sakit okeana qədər  vahid hümanitar və iqtisadi zonanın yaradılması qeyd olunurdu.

2016-cı il Doktrinasında isə, SSR-nın süqutundan sonrakı dövr ərzində  Rusiya ilə Avropa arasında yığılan kifayət qədər sistemli problemlərdən bəhs olunur.  Eyni zamanda Avropa Birliyi geosiyasi ekspansiyada ittiham olunur. ABŞ və Avropa  Rusiyanın qarşısını alaraq regional və qlobal təhlükəsizliyi pozmuş olurlar.

Avropa Birliyi ölkələri arasında xüsusi tərəfdaşlar kimi İtaliya, Almaniya, Fransa, İspaniya  kimi dövlətlər göstərilmişdir.  2013-cü ilin konsepsiyasında Böyük Britaniya ilə əlaqələrin inkişaf etdirilməsinin zəruriyyətindən yazılmışdırsa, indiki konsepsiyada bu ölkənin adı hallanmır.

NATO ilə münasibətlərə gəldikdə isə, bu təşkilata münasibət dəyişməyib. Konsepsiyada vurğulanır kı, Rusiya bərabərtərəfli tərəfdaşlıq əsasında alyans ilə münasibətləri quracaqdır.  Sənəddə NATOnun Rusiya sərhədlərinə yaxınlaşması, Rusiya ilə həmsərhəd dövlətlərdə hərbi potensialının artması mənfi bir hal kimi qarşılanır.

Yeni konsepsiyada əsas diqqət terrorizm ilə mübarizəyə həsr olunub (İŞİD)

2013-cü ilin xarici siyasət konsepsiyası ilə müqayisə aparsaq bir sıra digər  məqamlar da  ortaya çıxır. Məsələn, üç il əvvəlki konsepsiyada  beynəlxalq münasibətlərdə güc amili  faktorunun rolunun azalmasının müdafiəsi və hərbi sahədə etimad tədbirlərinin gücləndirilməsi barəsində danışılırdı. İndiki yeni konsepsiyada isə, bu cümlələr çıxarılıb və qeyd olunub ki, hərbi sahədə güc faktorunun rolu artmaqdadır.

Digər maraqlı məqamlarda var. Məsələn, 2013-cü ildəki Rusiya xarici siyasət konsepsiyasında qeyd olunan  “innovasiyalı inkişaf yoluna keçid”,  “insan hüquq və azadlıqlarının möhkəmləndirilməsi” ilə bağlı cümlələr  budəfəki yeni xarici siyasət konsepsiyasının məqsədləri siyahısından çıxarılıblar. Yeni konsepsiyada  milli irsin və Rusiya xalqlarının mədəni identikliyinin tanıtmasının vacib olduğu qeyd olunmuşdur.

ABŞ ilə münasibətlərə gəldikdə isə, əgər 2013-cü ildə Rusiyanın ABŞ ilə münasibətləri “uzunmüddət ərzində prioritet” kimi göstərilirdisə, indiki konsepsiyada ABŞ “milli təhlükəsizliyə təhdid ”  statusunu almışdır.  Buna səbəb kimi, ABŞ-ın Avropada raket hücumundan müdafiə sistemlərini yerləşdirməsi, öz ərazisinə aid olmayan coğrafiyalarda beynəlxalq hüququ pozaraq öz maraqlarını həyata keçirməsi göstərilir.  Strategiyada deyilir ki, Rusiya ABŞ-ın Avropada raket əleyhinə müdafiə sistemlərini yerləşdirməsini  öz milli təhlükəsizliyinə təhdid kimi başa düşür və buna cavab kimi adekvat tədbirlərin görülməsi hüququnu özündə  saxlayır.  Məsələn, Rusiya  orta və qısa mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxa bilər.

Sənəddə 2013-cü ildə qeyd olunan, ABŞ ilə viza sahəsində liberallaşmağa səy  göstərilməsi cümləsinə də rast gəlinmir.

Konsepsiyaya görə Qərb ilə münasibətlərin pisləşməsində bütün məsuliyyət Qərbin üzərinə düşür.  Deyilir ki, Rusiya beynəlxalq münasibətlərdə və dünya sivilizasiyasının inkişafında  dəngələmə (balanslaşmış) faktoru kimi çıxış edir. 

Həmsərhəd ölkələr ilə mehriban qonşuluq siyasəti aparır,  onun xarici siyasəti isə, açıqdır, ardıcıldır.

Zaur Məmmədov

Politoloq 

Paylaş:
1056

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər