DAA Polşada konfrans təşkil etdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

DAA Polşada konfrans təşkil etdi – FOTO

16:28 - 05 / 12 / 2016
DAA Polşada konfrans təşkil etdi – FOTO

Dünya Azərbaycanlıları Assambleyasının (DAA) vitse-prezidenti, gənc alim Raqif Hüseynovun təşəbbüsü və təşkilatçılığı ilə Polşanın ən nüfüzlu universitetlərindən biri olan Varşava Təbiət Elmləri Universitetində dekabarın 2-də Gənc Alimlərin Beynəlxalq Elmi Konfransı keçirildi.

1news.az-a DAA-nın mətbuat xidmətindən verilən xəbərə görə, konfransda Azərbaycan, Türkiyə, Polşa, Rusiya, Macarıstan, Hindistan, Qazaxıstan, Qana, Albaniya, Fillipindən olan gənc tədqiqatçı alimlər iştirak etdilər.

Konfrans "Müasir dövrdə kənd təsərrüfatının və sənayenin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusuna həsr edilmişdi. Konfransı Varşava Təbiət Elmləri Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru, professor Mixal Jersi Zasada giriş sözü ilə açaraq Gənc Alimlərin Beynəlxalq Elmi Konfransını təşkil etdiyinə görə gənc alim Raqif Hüseynova öz minnətdarlığını bildirərək bu konfransın Azərbaycan və Polşa arasında olan elmi əlaqələrin inkişafına töhfə verəcəyini bildirdi. Daha sonra çıxış üçün söz konfransın təşkilatçısı olan gənc alim Raqif Hüseynova verildi.

Raqif Hüseynov öz çıxışında konfrans iştirakçılarını və eyni zamanda onun dəvətini qəbul edib xaricdən gələn gənc alimləri salamlayaraq, konfransın təşkilində ona göstərilən dəstəyə görə Varşava Təbiət Elmləri Universitetinin rektoru, professor Viyeslav Biyelavskiyə öz təşəkkürünü bildirdi. O, Gəncə-2016 Avropa gənclər paytaxtı haqqında danışdı. Raqif Hüseynov çıxışının sonunda Azərbaycanın tarixini, iqtisadiyyatını, elmini, incəsənətini, mədəniyyətini özündə əks etdirən ingilis dilində olan videofilmi konfrans iştirakçılarına təqdim etdi. Həmçinin Azərbaycanla bağlı bukletlər paylanıldı. Daha sonra Varşava Təbiət Elmləri Universitetinin professorları Alina Danilovska, Maria Parlinska, Nina Drejerska çıxış edərək Azərbaycan və Polşa arasında olan elmi əlaqələrin inkişafından və bu istiqamətdə görülən işlərdən danışdılar. Konfransda Azərbaycan və Turkiyə Respublikalarının Polşada fəaliyyət göstərən Səfirliklərinin nümayəndələri Fidan Mahmudova və Omer Yazgan iştirak edərək Gənc Alimlərin Beynəlxalq Elmi Konfransının təşkil edilməsi, gənc alimlərin elmə olan marağının daha da artırılmasına və bu istiqamətdə onların gələcəkdə elmə verəcəyi töhfələrdən danışdılar.

Rəsmi açılış mərasimindən sonra Konfrans öz işini plenar sessiyada gənc alimlərin təqdimatları ilə davam etdirdi. Konfransın sonunda Azərbaycanın mədəniyyəti və incəsənətinin təbliği məqsədilə Azərbaycan gecəsi təşkil olundu. Azərbaycan gecəsi çərçivəsində gənc və istedadlı pianist Gizem Kardalın ifasında Üzeyir Hacıbəyovun və Müslüm Moqamayevin bəstələrindən ibarət konsert proqramı təşkil edildi. Gizem Kardalın ifasında təşkil olunmuş konsert proqramı konfrans iştirakçılarının böyük marağına səbəb oldu. Konsert proqramından sonra Polşada yaşayan və eyni zamanda Azərbaycanı yüksək səviyyədə təbliğ edən Şövqü Musayevin təşkilatçılığı ilə Azərbaycanın milli şirniyyat növlərindən ibarət olan paxlava və şəkərbura çay dəstgahında konfrans iştirakçılarına təqdim olundu.

Konfransın bağlanış mərasimində gənc alimlərə Beynəlxalq Konfransıın elmi komitəsi tərfindən sertifikat və hədiyyələr təqdim edildi. Sonda Varşava Təbiət Elmləri Universitetinin prorektoru, professor Mixal Jersi Zasada, konfransın təşkilatçısı gənc alim Raqif Hüseynov, professorlar Alina Danilovska, Maria Parlinska, Nina Drejerska, Azərbaycan Respublikasının Polşada fəaliyyət göstərən Fövqaladə və Səlahiyyətli səfirliyinin 3-cü katibi Fidan Mahmudova, Türkiyə Respublikasının Polşada fəaliyyət göstərən Fövqaladə və Səlahiyyətli səfirliyinin 1-cü katibi Omer Yazgan, təşkilati komitənin üzvü Sezen Ulaş, gənc alim Katarjina Çex Polşa mediasına konfrans haqqında geniş müsahibə verdilər.

1news.az

 

Paylaş:
960

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər