Bakıda Yaponiyanın milli günü münasibətilə tədbir keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Yaponiyanın milli günü münasibətilə tədbir keçirilib - FOTO

21:56 - 05 / 12 / 2016
Bakıda Yaponiyanın milli günü münasibətilə tədbir keçirilib - FOTO

Dekabrın 5-də Yaponiyanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - İmperatorun ad günü münasibətilə rəsmi qəbul təşkil edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, rəsmi qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Səfir Tsuquo Takahaşi bildirib ki, Yaponiya İmperatoru yapon xalqının birlik rəmzidir və onun doğum günü milli bayram kimi qeyd olunur.

Azərbaycan ilə Yaponiya arasında əlaqələrdən danışan diplomat vurğulayıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığımızın bütün istiqamətlərdə inkişafına töhfə verir. İki ölkə arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət sahələrində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq daha da dərinləşir.

Səfir ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Təhsil naziri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə yapon xalqını Azərbaycan hökuməti adından təbrik edib. O bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Azərbaycanda həyata keçirdiyi bir çox layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirən Mikayıl Cabbarov ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini vurğulayıb. Nazir əmin olduğunu bildirib ki, ikitərəfli münasibətlər gələcəkdə daha da möhkəmlənəcək və genişlənəcək.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

1news.az

Paylaş:
1147

Son xəbərlər

Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”Bu gün, 10:10Müstəqillik günü - Azərbaycan Xalq Cümhuriyyətin yaranmasından 105 il ötürBu gün, 10:00“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda baş vermiş hadisə ilə bağlı məlumat yaydı27 / 05 / 2023, 20:34Myanma Dövlət İdarə Şurasının Sədri Prezidentə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 18:05Neftçalada qəzaya düşən Vətən müharibəsi qazisi səkkiz gün sonra ölüb - FOTO27 / 05 / 2023, 17:52Dünən ölkədə havanın temperaturu iqlim normasından 3,4 dərəcə yuxarı olub27 / 05 / 2023, 17:37Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb27 / 05 / 2023, 17:25Albaniya lideri İlham Əliyevə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 17:10Şüvəlanda yerləşən “McDonald's” restoranı təmirdən sonra yenidən fəaliyyətə başlayıb - FOTO27 / 05 / 2023, 17:05Son sutkada Azərbaycanda koronavirusa yoluxanların və peyvənd olunanların sayı açıqlanıb27 / 05 / 2023, 16:53Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib27 / 05 / 2023, 16:40Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib27 / 05 / 2023, 16:24Kəlbəcər rayonunda “Qamışlı” Kiçik Su Elektrik Stansiyası istifadəyə verilib27 / 05 / 2023, 16:10Kəlbəcər rayonunun Zallar kəndinin təməli qoyulub27 / 05 / 2023, 16:02Prezident İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub - YENİLƏNİB27 / 05 / 2023, 15:54Leonid Slutski İlham Əliyevə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 15:42Dmitri Savelyev Prezidenti təbrik edib27 / 05 / 2023, 15:26Corc Vella İlham Əliyevə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 15:14İki çempion birləşdi - “Sirab” “Qarabağ”ın rəsmi tərəfdaşı oldu - FOTO27 / 05 / 2023, 15:00Bruneyin Sultanı Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 14:48
Bütün xəbərlər

Next TV