“Bakı Metropoliteni”ndən sərnişinlərə xəbərdarlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakı Metropoliteni”ndən sərnişinlərə xəbərdarlıq

16:13 - 06 / 12 / 2016
“Bakı Metropoliteni”ndən sərnişinlərə xəbərdarlıq

“Bakı Metropoliteni” “Cəfər Cabbarlı” stansiyasındakı təmirlə bağlı sərnişinlərə xəbərdarlıq edib.

1news.az xəbər verir ki, sabahdan etibarən “Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüdətli bağlanacaq.

Təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır.

"Xətai" stansiyasına gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər.

Qeyd edək ki, 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur. Həmçinin "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.

1news.az

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər