Azərbaycan prezidenti Tailand Kralına təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan prezidenti Tailand Kralına təbrik məktubu göndərib

18:44 - 06 / 12 / 2016
Azərbaycan prezidenti Tailand Kralına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Tailandın Kralı Maha Vaçiralonqkorna təbrik məktubu göndərib.

1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, məktubda deyilir:

“Tailandın Kralı kimi taxta çıxmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tailand arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Tailand xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

1news.az

Paylaş:
707

Son xəbərlər

Bütün xəbərlər