Təhsilə vurulan daha bir zərbə: kurs işi və dissertasiyalar pulla yazılır - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsilə vurulan daha bir zərbə: kurs işi və dissertasiyalar pulla yazılır - VİDEO

22:27 - 06 / 12 / 2016
Təhsilə vurulan daha bir zərbə: kurs işi və dissertasiyalar pulla yazılır - VİDEO

Tələbələrin yazmalı olduğu kurs işini pulla başqa şəxslər görür. Əslində tələbənin özünü yetişdirməsinə hesablanan bu tapşırıq bəziləri üçün qazanc mənbəyinə çevrilib.

1news.az xəbər verir ki, “XəzərXəbər” kurs işi bazarındakı qiymətləri və bunun tələbələrin gələcək karyerasına vura biləcəyi zərəri araşdırıb.

Sadəcə mövzunun adını deməklə hazır işinizi istədiyiniz vaxt bizdən təhvil alırsız. İnternetdə tələbələrə ödənişli referat, diplom işi, eləcə dissertasiya yazmağı təklif edən bu elanlar görənləri heyrətdə qoyur. Çünki tələbənin özünün yazmalı olduğu bu elmi işləri kimlərsə alver hədəfinə çevirib. Belə elanlarla tez-tez qarşılaşdıqlarını tələbələr özləri də təsdiqləyirlər.

Unversitetlərdə kurs işi eləcə də daha böyük elmi işləri pulla yazıb kiməsə təqdim edənlər təkcə bunu gəlir mənbəyinə çevirmir, eləcə də gəncləri plagiatlığa sövq edirlər. Universitetlərin dekan və müəllim heyəti də belə halların çox yaşandığını deyirlər.

Bakı Dövlət Universitetinin dekanı Cahangir Məmmədlinin sözlərinə görə universitetdə elmi fəaliyyəti zamanı neçə dəfə belə plagiat elmi işlərin şahidi olublar.

Təhsil eksperti Əjdər Ağayev bildirir ki, universitetlərdə belə şəxsləri plagiatlığa sövq edən müəllimlər də var. Hətta bəzən plagiat elmi işlər içərisində dissertasiyalar da olur. Mütəxəssis bildirir ki, belə halların geniş yayılmasına səbəb bu cür qanunsuz fəaliyyətə qarşı mübarizə mexanizminin olmamasıdır.

Mütəxəssisin sözlərinə görə kurs işi eləcə də digər elmi işlər hər bir gəncin gələcək elmi fəaliyyətinin keyfiyyətini müəyyən edəcək uğurlardır. Buna görə elmi işləri plagiat üsulu ilə yazmağa cəhd edənlər gələcəkdə karyeralarında da ciddi çətinlik və uğursuzluğa düçar ola bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

1news.az

Paylaş:
1312

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər